Allah öz işlərində hansısa həfədləri təqib edirmi- bir sual və üç fərqli yanaşma

1. Əşərilər Allahın işlərində hədəfin olduğunu inkar edirlər. Onlar deyirdilər ki, hədəfə malik olmaq subyektın, yəni Allahın nöqsana məruz qalmasından xəbər verir, halbuki Allah hər cür nöqsandan pakdır, demək, Allah öz işlərındə hansısa hədəfi təqib etmir.

2. Mötəzilə məktəbi isə bu irada cavab olaraq qeyd edirdi ki, adıkeçən problem o zaman peyda olur ki, işdəki mənfəət Allahın özünə qayıtsın. Yox, əgər bu mənfəət Allaha deyil, başqasına qayıdarsa, bu zaman heç bir problem yaranmaz. Deməli, bura qədər iki fərqli yanaşma tərzi ilə tanış olduq, belə ki, əşəri deyir ki, Allah öz işlərində hansısa bir hədəfi təqib etmir və biz xaliqlə məxluqu müqayisə etdiyimiz üçün hesab etmişik ki, Allahın işlərində də hədəf olmalıdır, necə ki insanda belədir. Mötəzilə isə deyirdi ki, hədəf olmalıdır Allahın işlərində, ancaq bu hədəfin mənfəəti Allaha deyil, başqasına çatdığına görə, heç bir problem meydana gəlmir.

3. Lakin burada üçün bir yanaşma da var, bunu isə Əhli-beyt məktəbi, ariflər və İslam filosofları qeyd edirlər. Qısa olaraq onların yanaşmasını şərh etmək istəsək belə ifadə edə bilərik: Bu yanaşmada bildirilir ki, tam mücərrəd varlıqlarda, o cümlədən, Allahda, “hədəf”, “fel(iş) və “fail(edən)” – hər üçü eyni şeydir və onlar vəhdət təşkil edir. Yəni, hədəf elə failin özüdür. Bir tərəfdən, fel əvvəldən Allahın zatında olduğuna görə və digər tərəfdən isə fel ilə hədəf eyni şey olduğundan, nəticə bu belə olur ki, hədəf elə Allahın özüdür, başqa kimsə və ya nəsə yox. Əllamə Təbatəbai “fəlsəfənin sonu” adlı kitabında yazırdı ki, Allahın hədəfi ideyal sistem yaratmaqdır ki, bu da onun öz zatı hesab olunur.

Oxşar yazılar
Allah bilirsə, bu, insanın seçiminə müdaxilə etmək anlamına gəlmirmi?
Nə üçün “şər” var?
İnsan dinə nələrdə ehtiyac duyur?