Category : Fəlsəfi

Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)

Keçən dərsimizdə varlığın xüsusiyyətlərindən danışdıq. İndi də, gəlin mahiyyətin daşıdığı xüsusiyyətlərdən söz açaq. Mövzuya keçməzdən öncə qeyd etmək lazımdır ki, mahiyyətin xüsusiyyətlərindən bəhs etdiyimiz zaman mövcud, var olan və ya yox olan mahiyyətdən deyil, əksinə, sadəcə olaraq mahiyyətin özü barədə danışırıq.

Davamı...

Varlığın xüsusiyyətləri (17-ci dərs)

Bu dərsdə, varlığın daşıdığı xüsusiyyətlərdən söz açmağa çalışacam. İslam fəlsəfəsində varlığın üç əsas xüsusiyyətinə işarə edilir: “mövcudluq”, “xaricilik” və “fərdiyyət” (fərdilik). Bu, o deməkdir ki, məsələn, qarşımızdakı “daş”, obyektiv reallıqdakı varlıq xüsusiyyəti ilə həm mövcud, həm xarici, həm də fərdidir. Bu xüsusiyyətlər nə deməkdir? Gəlin, bunları bir-bir açaq. İlk öncə “mövcudluq” xüsusiyyətindən başlayaq.

Davamı...

Varlıq və mahiyyətin həqiqəti (16-cı dərs)

Keçən dərsdə, söylədiyimiz kimi, insanın zehnindəki varlıq və mahiyyət anlayışı xarici aləmdə olan həqiqətləri qavraya bilməsi üçün eynək rolunu oynayır. Belə ki, ona göstərir ki, məsələn, “daş”ın zehində başa düşülən mahiyyət və varlıq yönləri xarici reallıqda özlərinə xas həqiqətləri də var. Deməli, mahiyyət və varlıq təkcə quru, içiboş anlayış deyil, əksinə, onlar xirici reallıqda olan həqiqət və gerçəklərə yönəlirlər.

Davamı...

Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)

Bu dərsimizdə “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusunun düzgün fəlsəfi təsvirindən söz açacam. Aydındır ki, bir müddəanı doğru anlamaq üçün ilk öncə onu düzgün şəkildə təsvir etməliyik. Mən bir neçə dərsdə bu işi görməyə çalışacam ki, bu da beş aşamada, mərhələdə olacaq:

Davamı...

Varlığın orijinallığı və mahiyyətin şərtiliyi (14-cü dərs)

Bir neçə dərsimizi İslam fəlsəfəsinin ən fundamental mövzularından birinə həsr edəcəm; “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusuna. Bu dərslərdə mövzunun qısa olaraq önəmindən, tarixindən, fəlsəfi bir müddəa kimi təsvirindən və nəhayət, mövzunun lehinə olan sübutlardan söz açacam. Bilindiyi kimi, hər bir elm sahəsində bir neçə fundamental, özüllü mövzu var ki, o elmdəki qalan mövzular onların üzərində qurulur, onlardan asılı olurlar.

Davamı...

Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)

Bu dərsdə qısa şəkildə “varlıq-mahiyyət” mövzusuna iki fərqli zaviyədən yanaşmağa çalışacam. Belə ki, bir var, bu mövzunu “zehin dünyası”nda nəzərdən keçirək, bir də var, bunu “xarici aləm”də araşdıraq. Ötən bir neçə dərsimizdə anlatdıqlarımız zehin dünyasına aid idi. Yəni, aydınlaşdırmağa çalışırdıq ki, varlıq və mahiyyət anlayışları zehin dünyasında iki fərqli anlayışdır, insan zehni bir şeyin “nə” olması ilə onun “var” olmasını bir-birindən ayıra, onların arasında fərq qoya bilir.

Davamı...

Fərliliyin üçüncü sübutu (12-ci dərs)

Son iki dərsimizdə müddəamızın lehinə olan iki fərqli sübutu nəzərdən keçirdik. İndi isə axırıncı sübutumuzu- “Mahiyyətin bərabərliyi sübutu”nu açıqlamağa çalışacam. Bu sübutun iki fərqli izahı var, lakin mən burada onun ən sadə şəkili ilə kifayətlənəcəm. Gəlin, sözügedən sübutu aşağıdakı məntiqi tərzdə formulə edək:

Davamı...

Fərqliliyin ikinci sübutu (11-ci dərs)

Keçən dərs müddəamızın lehinə olan “Varlığın təcridi sübutu” haqda danışdıq. Bu dərsdə isə ikinci sübutu- “Varlığın isnadı sübutu”nu şərh etməyə çalışacam. İlk öncə gəlin, sübutun məntiqi forması ilə tanış olaq, daha sonra isə onun izahına keçid alaq. Məlum sübutu aşağıdakı şəkildə məntiqi bir düzümlə formulə edə bilərik:

Davamı...

Fərqliliyin birinci sübutu (10-cu dərs)

Bu dərsimizdə söz verdiyim kimi, filosofların, sözügedən müddəanın lehinə qeyd etdiyi sübutları şərh etməyə çalışacam. İlk olaraq gəlin, “Varlığın təcridi sübutu” ilə başlayaq. Bu sübutla göstərməyə çalışacam ki, varlıq anlayışı mənaca mahiyyət anlayışından ayrıdır.

Davamı...

“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)

Gəlin, keçən dərsdə deyilənləri bir az da geniş və dəqiq şəkildə anladaq. Qeyd etdiyimiz kimi, “varlıq” və “mahiyyət”- iki fərqli anlayış, məfhumdur. Yəni, insan zəkası hər hansı bir şeyin “nə” olması ilə onun “var” olmasını bir-birindən fərqləndirə və mahiyyətini varlığından ayırıb onu təklikdə, müstəqil şəkildə qavraya bilir.

Davamı...
1 2