Category : Kitablar

Kərbəlanı Yenidən Yaşamaq- Musa Sədr

Kitab barədə qısa məlumat: 

Kitabda yer alan dörd çıxış Musa Sədrin aşura ilə bağlı düşüncələrini əks etdirir.

O, Kərbəla hadisəsini öz dövrünün donuqluğu içərisindən çıxarıb onu keçmiş və gələcəklə əlaqələndirir, bu hərəkata xeyirlə şər, zalımla məzlum arasındakı əbədi mübarizə zəncirinin bir halqası kimi baxır.

Bu mübarizə bu gün də davam edir. Bu, Hüseyndən əvvəl də olub, Hüseyndən sonra da olacaq.

“Hüseynin hədəfi nə idi?”, “Necə olur ki, insan Hüseyni öldürmək dərəcəsinə gəlib çatır?!” və ən əsası, “Bu hadisə bizlərə bu gün üçün hansı mesajı verir?” – kimi suallar kitabın əsas mövzusunu təşkil edir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

İnsan və Tale problemi- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsan və tale, qəzavü-qədər məsələsi digər fəlsəfi problemlərdən fərqli olaraq, insanın ictimai və şəxsi həyatı ilə çox sıx bağlıdır. Bir sıra qərb mütəfəkkirləri, eləcə də müsəlman düşüncə sahibləri arasında bu mövzuda orta yol tutulmamış, əksər hallarda fatalizmlə eyniləşdirilərək “məcburiyyət” kimi izah edilmişdir. Mürtəza Mütəhhəri bu yanaşmalardan fərqli olaraq möhkəm əqli dəlillərlə orta yolun mövcud olduğunu sübuta yetirməyə çalışır. Mütəhhəri bu mövzunu ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbləri” kontekstində ələ alır. Onun fikrincə, “tale” anlayışının “məcburiyyət”lə eyniləşdirilməyi tarix boyu inanclı insanların birbaşa həyatına təsir etmiş və onları hərəkətdən saxlamışdır.

“İnsan və tale problemi” Mürtəza Mütəhhərinin çıxış şəklində olmayan, qələmə aldığı azsaylı kitablarındandır. Bu səbəbdən də kitab mövzusunun sistemliliyi və fəlsəfiliyi cəhətindən müəllifin digər kitablarından fərqlənir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Varlığa Toxunuş- Rauf İmranoğlu

Kitab barədə qısa məlumat: 

Bəşər düşüncəsi tarix boyu varlığa müxtəlif prizmalardan yanaşaraq fərqli nəticələr almışdır. Əksər hallarda varlığın özünə yox, onun hədləri olan mahiyyətlərə diqqət yetirilmişdir. Bu da varlığın, aləmin, həyatın düzgün dərk olunmasına mane olmuşdur. Görəsən, fərqində olmadığımız, amma həyati əhəmiyyət daşıyan – “Varlıq zəruridirmi?”, “Yoxluq varmı?”, “Varlıq yeganədir, yoxsa ikinci bir varlıq da var?”, “Obyektiv aləmdə varlıq, yoxsa mahiyyət həqiqidir?”, “Çoxluqda vəhdət özünü necə göstərir?” kimi suallara cavab tapa bilərikmi?
Kitabda bu suallara İbn Sina və Molla Sədranın fəlsəfi konsepsiyalarına əsaslanaraq cavab verilmiş, bundan başqa fəlsəfənin ən əsas anlayışları olan – mahiyyət, həqiqət, nur, varlığın vəhdəti haqqında da araşdırma aparılmışdır.
Oxuculara təqdim olunan varlıq haqqındakı bu fundamental bilgilər, ümid edirik ki, onların intəhasız, qeyri-məhdud bir həqiqət olan varlığa metafizik də olsa, toxunmasına səbəb olacaq.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

İctihad və Təqlid: Metod, anlayış və düşüncələrə dair yeni oxunuş- Emin İmanlı (ərəb dilində)

اسم الكتاب: الاجتهاد و التقليد: قراءة جديدة في المنهج و المفهوم و الأفكار

(تأليف: أمين إيماني (باحث من جمهوريّة آذربيجان
تقديم: المفكر الإسلامي حيدر حبّ الله
العدد: مجلّد واحد
عدد الصفحات: 174 صفحة
نشر: مؤسّسة الانتشار العربي في بيروت
الطبعة الأولى، 2017م

:و مما جاء على الغلاف الخلفي للكتاب

يعالج هذا الكتاب مجموعة من الموضوعات المتصلة بإعادة تكوين مفهوم الاجتهاد الشرعي عبر آليات مختلفة للخروج من المأزق الذي تعاني منه بعض جوانب الدراسات الدينية والفقهيّة، فهو يحاول تعقيل النتائج الفقهيّة من جهة، كما يحاول فهم النصوص الدينية بطريقة واقعيّة و ضمن منظور فلسفي حقيقي من جهة ثانية
إنّ الكتاب ـ في جانبه الآخر ـ يعالج ظاهرة التقليد، و يحاول القيام بزحزحة لبعض المفاهيم السائدة في هذا الموضوع، فيركّز جهوده على إعادة النظر في مفهوم الأعلميّة من جهة، و تكوين وعي جديد لفكرة التقليد تبعده عن فقدان البصيرة من جهة ثانية، و اعتماد سبيل رابع ـ غير التقليد و الاجتهاد و الاحتياط ـ يمكن أن يرجع إليه أصحاب النظر في الأمّة، و لو لم يكونوا من الفقهاء عبر منهجيّة الترجيح الواعي. إنّه محاولة تفكير و تأمّل

 

Davamı...

Fitrət Anlayışı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

Fəlsəfi və sosioloji rakursdan insan və onun xüsusiyyətləri araşdırma obyekti olaraq bütün dövrlərdə ciddi önəm daşımışdır. Görəsən, insanda olan təbii xüsusiyyətlər zatidir, yoxsa sonradan qazanılır, modern dünyada çox işlədilən humanizm, insani dəyərlər fitrət anlayışı ilə eynidirmi, yoxsa bunlar fərqli mövzulardır? Mürtəza Mütəhhəri “Teizm seminarları” kitabında olduğu kimi, burada da seminar iştirakçılarının qeyd edilən mövzu ilə bağlı suallarını cavablayır, dinin qaynağı və insani meyillərlə bağlı O. Kont, Spenser, E. Durkhaymın və B. Rassel kimi qərb intellektuallarının fikirlərini qeyd edib onların görüşlərini incələyir. “Fitrət” anlayışı Mütəhhərinin öz dili ilə desək, İslam təlimlərinin “şah mövzu”su hesab olunur.

 

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Dil və Kainat- Dr. Suruş Dabbağ

 

Kitab barədə qısa məlumat: 

Lüdviq Vitgenşteyn (1889-1951) özünə qarşı çıxaraq “düşünmək” üçün yeni bir cığır aça bilən filosof idi. O, cəbhədə olarkən öz hərbi çantasında ilk böyük əsərinin qeydlərini- “Məntiqi-Fəlsəfi Traktat”, 20-ci əsrin ən nüfuzlu düşüncələrini çiyinləri üzərində daşıyırdı.

Vitgenşteynin düşüncələrinin dərinliklərinə dalanda insan öz təəccübünü gizlədə bilmir. Cəsarətlə iddia etmək olar ki, Vitgenşteyn, Bertrand Rasselin deyimi ilə desək, bu düha mücəssəməsi 20-ci əsrdən 21-ci əsrə qədəm qoyaraq olduqca aktual fəlsəfi mövzuları önə çəkən yeganə filosofdur. O da bəzi mütəfəkkirlər kimi öz zəmanəsini qabaqlamışdı. Buna görə də öz tənhalığında daima bir axtarışda idi.

Bu günün mötəbər akademik mərkəzləri yekdil şəkildə qəbul edirlər ki, dövrümüzün indiki bilik durumunun formalaşdırılmasında əhəmiyyət daşıyan dünya tarixinin beş böyük mütəfəkkiri arasında Vitgenşteyn Aristotel, Platon, Kant və Nitsşedən sonra beşinci yerdə dayanır.

Tərcüməçi: Emin İmanlı

Davamı...

Quranı Anlama Məntiqi- Emin İmanlı və Xəyal Tofiqoğlu

Kitab barədə qısa məlumat: 

Müasir dünyada, Qurana yenidən qayıdış, Quranın yenidən düşünülməsi, bir sözlə, Quran oyanışı əhval-ruhiyyəsi hiss olunur. Bu tendensiyanın öz doğru məcrasından yayınmaması, onun düzgün bir şəkildə istiqamətləndirilməsi üçün adıçəkilən elm sahəsinə böyük ehtiyac duyulur. Müəlliflər bu sahədəki marağı nəzərə alıb, Quranı anlama məntiqinə dair müxtəlif bəhsləri bir araya toplayaraq təhlil ediblər. Quranı anlama məntiqi ilə bağlı doğma dilimizdə oxuculara təqdim edilən bu kitab birinci olmasa da, bu yöndə ilk kitablardandır. Quranı anlama məntiqi kitabı Quran elmləri ilə maraqlanan oxuculara, müəllim və tələbələrə elmi bir töhfədir.

Müəlliflər: Emin İmanlı və Xəyal Tofiqoğlu

Davamı...

Gizlilik İlahiyyatı- Dr. Arəş Nəraqi

Kitabça barədə qısa məlumat: 

Müəllif bu yazıda son illərdə din fəlsəfəsi sahəsində Tanrının yoxluğuna dair irəli sürülən ən yeni bir arqumenti – “Tanrının gizliliyi” arqumentini müzakirəyə çıxarır. O əvvəlcə bu arqumenti iki fərqli formatda tərəfsiz və obyektiv şəkildə şərh etməyə, daha sonra isə onları dəyərləndirməyə çalışır. Müəllif yazıda böyük bir fəlsəfi ustalıqla göstərir ki, Tanrının qeybə çəkilməsi heç də Onun var olmamasına dəlil deyil və qeyb təcrübəsi ilə Tanrının var olmaması inancı arasında heç bir məntiqi əlaqə yoxdur.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Özünütərbiyə Metodu (fəlsəfi təhlil)- Emin İmanlı

Kitabça barədə qısa məlumat: 

Siz bu nəşrdə heç bir əxlaq kitabında tapa bilmədiyiniz əxlaqi-fəlsəfi bir modellə tanış olacaqsınız. Bu model sayəsində siz əxlaqi dəyər və qaydaları hansı mexanizm çərçivəsində uğurlu şəkildə həyata keçirməli olduğunuzu öyrənəcək və bununla da özünütərbiyədə effektiv nəticəyə nail olacaqsınız. Müəllif bu modeli “TCQ” modeli adlandırır. Müəllifin fikirincə, insan üç mərhələdən- Təyinetmə, Canlandırma və Qərarqəbuletmə – keçməklə hər hansı bir əxlaqi qüsurdan uzaqlaşaraq asanlıqla əxlaqi keyfiyyətə yiyələnə biləcəkdir.

Müəllif: Emin İmanlı 

Davamı...

Din və Ateizm: İki fərqli insan obrazı- Dr. Heydər Hubbullah

Kitabça barədə qısa məlumat:

Bu nəşrdə iki müxtəlif dünyagörüşünə sahib insanın- dindar və ateistin sözlə portretləri çəkilir. Müəllifin fərqli başlıqlar altında verdiyi mövzularda bu iki insan tipinin həyata baxışlarındakı ən əsas məqamlardan söz açılır. Alimin fikrincə, ateist öz fikirlərini nə qədər düz və gerçək sayırsa, dindar bir insan da öz baxışına o qədər, bəlkə, ondan da çox yəqinliklə yanaşır. Bu məqamda dindar insanın dünyagörüşünün heç də geri qalmadığı, hətta daha ümidverici, nikbin bir dünyagörüşü olduğu aydınlaşır. Müəllifin məqsədi bu gerçəyi izah etməkdir ki, ateist birisi sahib olduğu inam şəbəkəsində özünü nə qədər ağıllı, məntiqli, rasional və realist sanırsa, dindar birisi də sahib olduğu inam şəbəkəsində özünü ən azı bir o qədər ağıllı, məntiqli, rasioanl və realist sayır. Birinci özünə bu haqqı tanıyırsa, ikinci də eynilə o haqqı özünə tanıyır.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...
1 2