Category : Redaktələr

Kərbəlanı Yenidən Yaşamaq- Musa Sədr

Kitab barədə qısa məlumat: 

Kitabda yer alan dörd çıxış Musa Sədrin aşura ilə bağlı düşüncələrini əks etdirir.

O, Kərbəla hadisəsini öz dövrünün donuqluğu içərisindən çıxarıb onu keçmiş və gələcəklə əlaqələndirir, bu hərəkata xeyirlə şər, zalımla məzlum arasındakı əbədi mübarizə zəncirinin bir halqası kimi baxır.

Bu mübarizə bu gün də davam edir. Bu, Hüseyndən əvvəl də olub, Hüseyndən sonra da olacaq.

“Hüseynin hədəfi nə idi?”, “Necə olur ki, insan Hüseyni öldürmək dərəcəsinə gəlib çatır?!” və ən əsası, “Bu hadisə bizlərə bu gün üçün hansı mesajı verir?” – kimi suallar kitabın əsas mövzusunu təşkil edir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

İnsan və Tale problemi- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsan və tale, qəzavü-qədər məsələsi digər fəlsəfi problemlərdən fərqli olaraq, insanın ictimai və şəxsi həyatı ilə çox sıx bağlıdır. Bir sıra qərb mütəfəkkirləri, eləcə də müsəlman düşüncə sahibləri arasında bu mövzuda orta yol tutulmamış, əksər hallarda fatalizmlə eyniləşdirilərək “məcburiyyət” kimi izah edilmişdir. Mürtəza Mütəhhəri bu yanaşmalardan fərqli olaraq möhkəm əqli dəlillərlə orta yolun mövcud olduğunu sübuta yetirməyə çalışır. Mütəhhəri bu mövzunu ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbləri” kontekstində ələ alır. Onun fikrincə, “tale” anlayışının “məcburiyyət”lə eyniləşdirilməyi tarix boyu inanclı insanların birbaşa həyatına təsir etmiş və onları hərəkətdən saxlamışdır.

“İnsan və tale problemi” Mürtəza Mütəhhərinin çıxış şəklində olmayan, qələmə aldığı azsaylı kitablarındandır. Bu səbəbdən də kitab mövzusunun sistemliliyi və fəlsəfiliyi cəhətindən müəllifin digər kitablarından fərqlənir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Varlığa Toxunuş- Rauf İmranoğlu

Kitab barədə qısa məlumat: 

Bəşər düşüncəsi tarix boyu varlığa müxtəlif prizmalardan yanaşaraq fərqli nəticələr almışdır. Əksər hallarda varlığın özünə yox, onun hədləri olan mahiyyətlərə diqqət yetirilmişdir. Bu da varlığın, aləmin, həyatın düzgün dərk olunmasına mane olmuşdur. Görəsən, fərqində olmadığımız, amma həyati əhəmiyyət daşıyan – “Varlıq zəruridirmi?”, “Yoxluq varmı?”, “Varlıq yeganədir, yoxsa ikinci bir varlıq da var?”, “Obyektiv aləmdə varlıq, yoxsa mahiyyət həqiqidir?”, “Çoxluqda vəhdət özünü necə göstərir?” kimi suallara cavab tapa bilərikmi?
Kitabda bu suallara İbn Sina və Molla Sədranın fəlsəfi konsepsiyalarına əsaslanaraq cavab verilmiş, bundan başqa fəlsəfənin ən əsas anlayışları olan – mahiyyət, həqiqət, nur, varlığın vəhdəti haqqında da araşdırma aparılmışdır.
Oxuculara təqdim olunan varlıq haqqındakı bu fundamental bilgilər, ümid edirik ki, onların intəhasız, qeyri-məhdud bir həqiqət olan varlığa metafizik də olsa, toxunmasına səbəb olacaq.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Fitrət Anlayışı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

Fəlsəfi və sosioloji rakursdan insan və onun xüsusiyyətləri araşdırma obyekti olaraq bütün dövrlərdə ciddi önəm daşımışdır. Görəsən, insanda olan təbii xüsusiyyətlər zatidir, yoxsa sonradan qazanılır, modern dünyada çox işlədilən humanizm, insani dəyərlər fitrət anlayışı ilə eynidirmi, yoxsa bunlar fərqli mövzulardır? Mürtəza Mütəhhəri “Teizm seminarları” kitabında olduğu kimi, burada da seminar iştirakçılarının qeyd edilən mövzu ilə bağlı suallarını cavablayır, dinin qaynağı və insani meyillərlə bağlı O. Kont, Spenser, E. Durkhaymın və B. Rassel kimi qərb intellektuallarının fikirlərini qeyd edib onların görüşlərini incələyir. “Fitrət” anlayışı Mütəhhərinin öz dili ilə desək, İslam təlimlərinin “şah mövzu”su hesab olunur.

 

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Gizlilik İlahiyyatı- Dr. Arəş Nəraqi

Kitabça barədə qısa məlumat: 

Müəllif bu yazıda son illərdə din fəlsəfəsi sahəsində Tanrının yoxluğuna dair irəli sürülən ən yeni bir arqumenti – “Tanrının gizliliyi” arqumentini müzakirəyə çıxarır. O əvvəlcə bu arqumenti iki fərqli formatda tərəfsiz və obyektiv şəkildə şərh etməyə, daha sonra isə onları dəyərləndirməyə çalışır. Müəllif yazıda böyük bir fəlsəfi ustalıqla göstərir ki, Tanrının qeybə çəkilməsi heç də Onun var olmamasına dəlil deyil və qeyb təcrübəsi ilə Tanrının var olmaması inancı arasında heç bir məntiqi əlaqə yoxdur.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Din və Ateizm: İki fərqli insan obrazı- Dr. Heydər Hubbullah

Kitabça barədə qısa məlumat:

Bu nəşrdə iki müxtəlif dünyagörüşünə sahib insanın- dindar və ateistin sözlə portretləri çəkilir. Müəllifin fərqli başlıqlar altında verdiyi mövzularda bu iki insan tipinin həyata baxışlarındakı ən əsas məqamlardan söz açılır. Alimin fikrincə, ateist öz fikirlərini nə qədər düz və gerçək sayırsa, dindar bir insan da öz baxışına o qədər, bəlkə, ondan da çox yəqinliklə yanaşır. Bu məqamda dindar insanın dünyagörüşünün heç də geri qalmadığı, hətta daha ümidverici, nikbin bir dünyagörüşü olduğu aydınlaşır. Müəllifin məqsədi bu gerçəyi izah etməkdir ki, ateist birisi sahib olduğu inam şəbəkəsində özünü nə qədər ağıllı, məntiqli, rasional və realist sanırsa, dindar birisi də sahib olduğu inam şəbəkəsində özünü ən azı bir o qədər ağıllı, məntiqli, rasioanl və realist sayır. Birinci özünə bu haqqı tanıyırsa, ikinci də eynilə o haqqı özünə tanıyır.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Materializmə Yönəlmənin Səbəbləri- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə “İlk səbəb” problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? “Nizam dəlili” ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun “nizam dəlili”nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı? Mürtəza Mütəhhəri bu önəmli araşdırmasında bu və digər mövzularla bağlıəsaslı təhlillər aparır, mövzularla əlaqəli Ogüst Kont, Rassel, Sartr, Hegel kimi qərb filosoflarının və bunun müqabilində İbn Sina, Molla Sədra kimi müsəlman filosofların baxışını qarşılaşdırır və bu obyektiv təhlillərə əsasən diqqətəlayiq nəticələr əldə edir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Haqq-Batil Savaşı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat:

Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından – elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Modern İnsan və Tanrı- Baqir Sədr

Kitab barədə qısa məlumat:

“Modern insan və Tanrı” kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır.Oxucu kitabı mütaliə etdikcə “elm” və “iman”ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Xəstəxanada Görüş- Aminə Sədr

Kitab barədə qısa məlumat: 

Müsəlman dünyasında parlaq imza sahibi olan yazıçının sizə təqdim edi­­lən “Xəs­təxanada görüş” povestində o, cəmiyyətin və ümmətin möh­tə­­şəm ilahi kon­sepsiya vasitəsilə ali insani dəyərlərə yiyələnməsinin ne­cə­liyi barədə dü­şünür və yazır. Povestdə bir çox elmi-fəlsəfi prob­lem­lərə an­laşıqlı və səlis üs­lubda aydınlıq gətirilir; silsiləvi dialoq şək­lin­də ma­te­rialist fəlsəfi mək­təb­lə­ri­nin irəli sürdüyü prinsiplər müzakirə edi­lərək bu baxışların yetərsizliyi, in­sa­nı ali dəyərlərə çatdırmaq po­ten­si­alına ma­lik olmadığı sübuta yetirilir. Ki­tab öz orijinallıq, dərinlik və mə­nəvi də­yər­lərin önə çəkilməsi ilə diqqət çəkir.

Elmi Redaktor: Emin İmanlı

Davamı...