Category : Məqalələr

Yuxu, yəni qurtuluş

Bəzən yuxunun nə qədər böyük, şirin və cazibədar bir nemət olduğunu düşünürəm. Yuxu gələndə, “mən” yoxam. “Mən” olanda isə, yuxu yoxdur. Ölümə oxşar bir nəsnədir yuxu. Elə problem də buradadır. Yuxu bizi oğurlayır. Yuxu zamanı hamımız bizi özü ilə aparan karvanın əsirləriyik.

Yuxu bizimlə nə edir?

Yuxu “mən”i özümdən alır. Özüm boşalıram. Yatarkən, “mən” yoxam. Varam, amma başqa bir formada; elə bir formada ki, hətta təcrübə toruma belə düşmür. Mən sadəcə onu xatırlayıram ki, haradasa bir yataq üzərində, bir yerdə və ya bir divan üzərində uzanmışam. Ancaq əsla xatırlamıram ki, yuxuya gedərkən nə kimi bir təcrübə və necə bir hal yaşamışam. Sanki heç vaxt da yuxuya getdiyin o anı xatırlaya bilmərəm, çünki hər şeydən əvvəl, yuxu məni özümdən alır.

Davamı...

Əbədi əzab problemi

  1. Giriş

İnsanın əbədi olaraq Cəhənnəmdə əzəba məruz qalması ilə bağlı teoloqlar, filosoflar və ariflər arasında ciddi fikirayrılığı vardır. Uyğun məsələ ilə bağlı bir neçə təsvir var:

  1. Bəzi insanlar əbədi olaraq Cəhənnəmdə əzaba məruz qalacaqlar və bu əzab sonsuzadək davam edəcək.
  2. Əbədi əzaba məruz qalan insanlar Cəhənnəmdə günahlarına görə cəzalarını çəkdikdən sonra yox olacaqlar.
  3. Əbədi əzaba məruz qaldıqları iddia olunan kimsələr cəzalarını çəkdikdən sonra əzab onlar üçün artıq şirinləşəcək.
  4. Əbədi əzaba məruz qaldıdları iddia olunan insanlar əslində günahlarına görə cəza çəkdikdən sonra Cəhənnəmdən çıxıb Cənnətə daxil olacaqlar.  
Davamı...

İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması

1. İslam düşüncə tarixində “din” ilə “fəlsəfə” arasında heç bir ziddiyyətin olmadığı və nəticə etibarilə onlarin bir-birilə uzlaşdığı barədə yazılan kitablardan biri də görkəmli müsəlman filosof İbn Rüşdün qələmə aldığı “fəslul-Məqal” adlı məşhur kitabdır. İbn Rüşd bu kiçik həcmli kitabda göstərməyə çalışır ki, din ilə fəlsəfə arasında heç bir zidiyyət yoxdur. O, belə bir ziddiyyətin olmadığını “təvil (=yozum)” nəzəriyyəsi əsasında izah etməyə çalışır. Daha sonra, Qəzalinin Farabi və İbn Sina kimi filosofları üç dini müddəadakı görüşlərinə görə təkfir etməsi məsələsinə toxunaraq bu tarixi fitvanı dəyərləndirməyə çalışır və göstərir ki, Qəzalinin onları təkfir etməsi əsassız idi. Mən bu kiçik yazımda İbn Rüşdün təvil nəzəriyyəsini məntiqi baxımdan nə qədər əsaslı (justified) olub-olmadığını dəyərləndirmədən sadəcə olaraq onu izah etməyə çalışacam.

Davamı...

Kainatın sonsuzluğuna dair sadə bir dəlil

Kainatın sonsuzluğunu aşağıdakı sadə bir dəlillə isbatlamaq olar:

1. Əgər kainat sonlu olarsa, onda yoxluğun var olduğunu qəbul etməli olacağıq.
2. Yoxluğun var olması mümkünsüzdür, çünki ziddiyyətə gətirib çıxardır.
3. Deməli, kainat sonsuzdur.

Davamı...

Təkvini və təşrii iradə barədə

Bəzən dini ədəbiyyatlarda “təkvini” və “təşrii” irədə terminləri ilə qarşılaşırıq. Çoxlarına bu iki terminlə nəyin qəsd olunduğu qapalı olduğunu nəzərə alıb qısa şəkildə açıqlama vermək istərdim.

İnsan hər hansı bir şeyi həyata keçirmək istədikdə bunu iki yolla edə bilər. Belə ki, bəzən kiməsə müraciət etmədən birbaşa olaraq özü istədiyi həmin şeyi həyata keçirir. Məsələn, fərz edək, qapını açmaq istəyir. Bu zaman durub gedir və qapını açır. Bəzən də insan həmin istədiyi şeyi həyata keçirmək üçün ikinci şəxsə “Qapını aç”- deyə müraciət edir. Deyilənlərdən aşağıdakılar məlum olur:

Davamı...

Dinin xarici və daxili hissələri

1. Məlum olduğu kimi, din (məsələn, İslam dini) mürəkkəb bir nəsnədir, yəni hissələrdən ibarətdir və bəsit deyil. Yenə məlumdur ki, bu hissələr eyni dərəcədə deyil. Belə ki, bəzi hissələr birinci dərəcəli, necə deyərlər, “altqurum”, bəziləri isə ikinci dərəcəli, yəni “üstqurum” hesab olunur. Başqa sözlə, birinci dərəcəli hissələri “xarici hissələr”, ikincidi dərəcəli hissələri isə “daxili hissələr” adlandırmaq olar.

Davamı...

İbn Ərəbiyə görə vəhdəti-vücud

İbn Ərəbi deyir ki, bir var, “mütləq varlıq”, hansı ki, heç bir şərt və qeyd qəbul etmir. Buna “zəruri varlıq (vacibul-vücud)” deyilir. Bir də var, “mütləq yoxluq”. Həm mütləq varlıq, həm də mütləq yoxluq- hər ikisi əzəlidir. Mütləq varlıq yoxluğu qəbul etmədiyi kimi, mütləq yoxluq da varlığı qəbul eləmir. Ancaq xalis varlıqla xalis yoxluq arasında “mümkünlük” adlı bir fasilə var ki, həm yoxluğu qəbul edə bilir, həm də varlığı. Deməli, “mümkünlük” varlıqla yoxluq arasında olan bir fasilədir ki, bu da “aləm” adlanır.

Davamı...

Din tədqiqatının metodologiyası

1. Giriş

Fərqli metodlarla dini inamları, müddəaları mütaliə edən, araşdıran müxtəlif sahələrə “din tədqiqatı (Study of Religon)” deyilir. Bu gün modern dünyada din tədqiqatı sahəsinə fəlsəfə, din fəlsəfəsi, ilahiyyat, müqayəsəli din tədqiqatı (Comparative Study of Religion), din antropologiyası, din psixologiyası, din sosiologiyası, din fenomenologiyası, ədəbiyyat, dini incəsənət, din mifologiyası, dinlərin tarixi və dini epistemologiya kimi elmlər daxildir. İnsan dini bilikləri, inamları, müddəaları obyektiv şəkildə tədqiq etmək istəyirsə, bu vaxt doğru metedologiyadan çıxış edərək bunu etməlidir. Əks təqdirdə, dini anlama prosesində reallıqdan uzaq bir nəticə əldə etmiş olacaq. Qeyd olunan həyati əhəmiyyəti nəzərə alaraq, dini inamlar üzərində tədqiqat aparmazdan öncə, tədqiqatın metodologiyasını təyin etmək vacibdir. Belə ki, hansı metoddan və ya yanaşmadan çıxış etsək, dini inamları, müddəaları obyektiv şəkildə anlaya bilərik. Bu kiçik yazıda İslam dünyasında tətbiq olunan din tədqiqatını, hansısa bir normativ dəyərləndirmə irəli sürmədən, sadəcə olaraq deskriptiv aspektdən nəzərdən keçirməyə çalışacam.

Davamı...

İnsan dindar olmaya bilərmi? (Etüd)

Dini qəbul etmə insan ağlından qaynaqlanan azad bir seçim və qərardır. Belə ki, ağıl kənardan heç bir müdaxilə olmadan dərk edir, anlayır ki, dinə tabe olmaq lazımdır və tabe olur. Ancaq “azad seçim” dedikdə iki cür başa düşülə bilər. Bir var, azad seçim dedikdə, qarşımızda olan iki versiyadan birini seçmək kimi başa düşülür. Bir də var, azad seçim deyiləndə, mövcud olan gerçəyi olduğu kimi qəbul etmək nəzərdə tutulur.

Davamı...

Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi

Bu kiçik yazımda Kulis.az saytında yaradılışçı Savalan Məhəmmədlinin Şahin Həsənlinin eyni saytda yayımlanan təkamüllə bağlı məqaləsinə yazdığı cavab barəsində bəzi mülahizələrimi oxucularla bölüşmək istərdim:

1. Savalan Məmmədlinin Şahin Həsənlinin təkamüllə bağlı yazısına tənqidində ciddi metodoloji problemlərdən biri odur ki, Savalan bəy bir-birinə yaxın, amma fərqli olan üç anlayışı bir-birindən ayırd edə bilməyib:

1. Darvinin təkamül nəzəriyyəsi;
2. Darvinizm;
3. Evolyusionizm.

Davamı...
1 2 3 6