Category : Əxlaqi

Ətraf mühit əxlaqı

Ətraf mühit əxlaqı (Environmental ethics) hava və su çirkliliyi, ekosistemin korlanması, növlərin qırılıb aradan getməsi və torpaq eroziyası kimi çağdaş ətraf mühit böhranı nəticəsində meydana çıxmışdır. Ətraf mühit əxlaqının təməli ənənəvi əxlaqın təqdim etdiyi tarixi antroposentrizmə (insanmərkəzlilik) qarşıdır. Bu, həm də “növpərəstlik” və ya “insani şovinizm” adlanır. Ətraf mühit əxlaqı qeyri-insani canlı varlıqları və təbiəti istismar obyekti, habelə, onları öz-özlüyündə hədəf kimi deyil, insani hədəfələrə nail olmaq üçün vasitələr kimi nəzərdən keçirir. Bu əxlaq qeyd olunan bu varlıqlar və bir tam olaraq təbiət barəsində insani bir məsuliyyət müəyyənləşdirməyə çalışır. Ətraf mühit əxlaqı sadəcə olaraq tətbiqi əxlaqın (Applied ethics) bir sahəsi deyil, həm də, o, yeni və fərqli nəzəri bir çərçivə formalaşdırmaqla məşğuldur.

Davamı...

Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.

Əfsus, bu gün din toplumda bütün yönləri, tərəfləri ilə deyil, əksinə, bəzi yönləri ilə təqdim olunur və ya yaşadılır. İnsanlara şüuri və ya qeyri-şüuri olaraq dinin yalnız iki hissədən ibarət olduğu aşılanır. Elə bil ki, din ancaq inanc və tarixi olaylardan ibarətdir. Bir sözlə, din insanlara elə təqdim olunur ki, sanki zehnimizdəki bir neçə xəbəri cümlə toplusunu təşkil edir.

Davamı...

İnsan bir “başqası” kimi

1.

İmmanuel Levinasın (1906-1995) dediyi kimi, əxlaq “başqası”nı nəzərə almaqla başlayır. Elə bir “başqası” ki, bizim cinsdəndir, yer kürəsində yaşayan, ətə, dəriyə və qana malik konkret bir insandır. Elə bir insan ki, həmişə öz həyatında maddi və mənəvi problemlər, sıxıntılar ilə üzləşməli olur.

Davamı...

Yalan ağrısı və Doğru yaşam təcrübəsi

1.

Doğruluq, düzdanışma, onların insan ruhu və əxlaqi yaşamı ilə əlaqəsi, ilişgisi haqda bir neçə nöqtəni nəzərə almaq lazımdır. Obyektiv reallıqla adekvat olan, uyğun gələn inamın, cümlənin, deyimin hərfi tərcüməsi “düzdanışma” ilə ifadə olunur.

Davamı...

Din- əxlaqın sığortaçısı

1.

Əxlaq fəlsəfəsində belə bir tezis mövcuddur ki, cəmiyyətdə insanların əxlaqi normalara əməl etməsi üçün, onlar öncədən müəyyən dini müddəaları təsdiqləməlidirlər.

Davamı...