Category : Fəlsəfi

Yuxu, yəni qurtuluş

Bəzən yuxunun nə qədər böyük, şirin və cazibədar bir nemət olduğunu düşünürəm. Yuxu gələndə, “mən” yoxam. “Mən” olanda isə, yuxu yoxdur. Ölümə oxşar bir nəsnədir yuxu. Elə problem də buradadır. Yuxu bizi oğurlayır. Yuxu zamanı hamımız bizi özü ilə aparan karvanın əsirləriyik.

Yuxu bizimlə nə edir?

Yuxu “mən”i özümdən alır. Özüm boşalıram. Yatarkən, “mən” yoxam. Varam, amma başqa bir formada; elə bir formada ki, hətta təcrübə toruma belə düşmür. Mən sadəcə onu xatırlayıram ki, haradasa bir yataq üzərində, bir yerdə və ya bir divan üzərində uzanmışam. Ancaq əsla xatırlamıram ki, yuxuya gedərkən nə kimi bir təcrübə və necə bir hal yaşamışam. Sanki heç vaxt da yuxuya getdiyin o anı xatırlaya bilmərəm, çünki hər şeydən əvvəl, yuxu məni özümdən alır.

Davamı...

Kainatın sonsuzluğuna dair sadə bir dəlil

Kainatın sonsuzluğunu aşağıdakı sadə bir dəlillə isbatlamaq olar:

1. Əgər kainat sonlu olarsa, onda yoxluğun var olduğunu qəbul etməli olacağıq.
2. Yoxluğun var olması mümkünsüzdür, çünki ziddiyyətə gətirib çıxardır.
3. Deməli, kainat sonsuzdur.

Davamı...

Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi

Bu kiçik yazımda Kulis.az saytında yaradılışçı Savalan Məhəmmədlinin Şahin Həsənlinin eyni saytda yayımlanan təkamüllə bağlı məqaləsinə yazdığı cavab barəsində bəzi mülahizələrimi oxucularla bölüşmək istərdim:

1. Savalan Məmmədlinin Şahin Həsənlinin təkamüllə bağlı yazısına tənqidində ciddi metodoloji problemlərdən biri odur ki, Savalan bəy bir-birinə yaxın, amma fərqli olan üç anlayışı bir-birindən ayırd edə bilməyib:

1. Darvinin təkamül nəzəriyyəsi;
2. Darvinizm;
3. Evolyusionizm.

Davamı...

Dostluq üzərinə fəlsəfə

İslam fəlsəfəsində “təşkik” nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə, varlıq aləmi, onun içərisində olan varlıqlar, olaylar, olqular – hamısı dərəcələrə bölünür, yəni onlar bir dərəcədə olan, bir səviyyədə olan nəsnələr deyillər. “Təşkik” bütün varlıq aləminə şamil olan ümumu bir zərurətdir, belə ki, varlığın ən zəif dərəcəsindən başlayaraq ən yüksək dərəcəsinə qədər, yəni Allaha qədər gedib çıxır. “Təşkik” nə deməkdir? Təşkik- yəni dərəclənmə deməkdir, varlığın dərəclənənməsi və ya dərəcələrə bölünməsi. Hər bir həqiqətin təkcə vahid bir dərəcəsi olmur, əksinə, dərəcələri olur, insansa bunları kəşf edərək öyrənir. Mən burada örnək olaraq “dostluq” anlayışını ələ almaq istəyirəm.

Davamı...

Dəlilmərkəzlilik, yoxsa mütəxəssismərkəzlilik?

  1. Həqiqətin meyarı

Həqiqətin meyarı nədir: dəlil, yoxsa mütəxəssis, hansı biri? Sadə dillə ifadə etsək, hansısa bir həqiqətin var olduğunu bizə kim və ya nə isbat edir? Başqa sözlə, bizi həmin həqiqətə aparan kanal hansıdır: dəlil, yoxsa mütəxəssis? Mənim əlimdən tutub məni həqiqətə doğru aparan, mənə onu göstərən, məni onun varlığından xəbərdar edən kimdir və ya nədir? Dəlil, yoxsa mütəxəssis? Sualı öz şəffaflığı, çılpaqlığı ilə ifadə edirəm və hansısa istisna halları, məsələyə fərqli aspektdən yanaşmağı nəzərə almadan, sadəcə olaraq, birbaşa məsələ üzərində təmərküzləşib, aydınlaşdırmaq istəyirəm ki, prinsip olaraq dəlil mənə yol göstərir, yoxsa dəlil sahibi. Daha dəqiq ifadə etsək, insan həqiqətə nail olmaq üçün, prinsip olaraq, dəlilmərkəzli olmalıdır, yoxsa mütəxəssismərkəzli? Bu yazıda təqib edib, isbatlamağa çalışacağım müddəa belədir: “İnsan prinsip olaraq dəlilmərkəzli olmalıdır”.

Davamı...

Ruhun cinsiyyəti varmı?

Fəlsəfədə mübahisəli mövzulardan biri də ruhun cinsiyyətə malik olub-olmamasıdır. Belə ki, bəziləri iddia edirlər ki, ruhun cinsiyyəti yoxdur, nə kişidir, nə də qadın. Kişilik və ya qadınlıq fiziki bədənə aiddir, ruhda isə belə bir xüsusiyyət yoxdur. Bu iddianın əksinə olaraq rəqib tərəf hesab edir ki, ruhun cinsiyyəti var, yəni ortada kişi ruhu və qadın ruhu var.

Davamı...

Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)

1. Düşüncə dünyasında bir xəstəlik var, ona “təkqaynaqlılıq” deyilir. Bəziləri biliyin yeganə qaynağını hissdə, bəziləri ağılda, bəziləri vəhydə, bəziləri intuisiyada görür. Bu kimi yanaşmaların ən sadə iradı ondadır ki, ilk olaraq özlərini təkzib edirlər, məhv edirlər (self-defeating). Məsələn:

Davamı...

Forma, yoxsa məzmun məntiqi?

Bir çoxlarımızın gündəlik həyatına hakim olan məntiq- forma məntiqidir. Bu məntiq sahibləri əsasən nəsnələrin, olayların təkcə şəkilinə, formasına önəm, əhəmiyyət verirlər. Bir nəsnənin və ya olayın şəkili bəyənildisə, demək, o doğrudur, düzgündür. Yox, əgər belə deyilsə, onda yalnışdır, yalandır və nəticədə qırağa atılmalıdır. Bu məntiq insan həyatının bütün sahələrinə aid ola bilir- fərdi həyatından tutmuş, ictimai həyatına qədər.

Davamı...

Fəlsəfə bir ev kimi

Bütün elm sahələrini, o cümlədən, fəlsəfəni bir “ev” kimi təsəvvür etmək olar. Aydın olduğu kimi, ev tikmək üçün çoxsaylı şeylərə ehtiyac duyulur. Məsələn, bir evin möhkəm özülü, bünövrəsi, çertyoju, daşı, taxtası, sahəsi, torpağı, sementi və s. bu kimi şeyləri olmalıdır. Bu amillər əl-ələ verib bir evi şəkilləndirir. Bu kontekstdə bönövrə amili ən həyati rol oynayır. Yerdə qalanlar isə ikinci dərəcəlidir. Bu da o deməkdir ki, bünövrə sabit, əvəzolunmaz, qalanları isə dəyişkən, əvəzolunandır.

Davamı...

Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram

Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram

1. Əgər hər hansı bir şəhərdə əyləncə və istirahət məqsədi ilə bir neçə gün keçirmək qərarına gəlsək, bu zaman həmin şəhərin imkanlarından maksumum yararlana bilməyimiz üçün bir sıra məlumatlara, informasiyalara ehtiyac duyacağıq. Məsələn, bilməliyik ki, hansı yollarla oraya getmək olar, bu yollardan hər birinin nə kimi imtiyazı, üstünlüyü var, oranın suyu, havası necədir, nə kimi əyləncəli, görməli yerləri və arxeoloji qalıqları vardır və s. Hətta, öncədən səfər edəcəyimiz şəhəri seçməyimiz belə müəyyən məlumatlar əsasında həyata keçmişdir.

Davamı...
1 2