Category : İctimai-Mədəni

Məhərrəmlik qeydləri

1

Siyasi ədəbiyyatlarda qeyd olunur ki, hər bir insanın bir qiyməti var, belə ki, birini pulla, o birini məqamla, üçüncünü maşınla, dördüncünü şəhvətlə, beşincini təhdidlə və s. bu kimi şeylərlə alırlar. Ancaq imam Hüseyn (ə) Kərbəladakı hərəkəti ilə göstərdi ki, bəzi adamlar heç bir qiymətə alınası deyildir.

Davamı...

“Eşq”in altı həlledilməz ziddiyyəti (Etüd)

1.Birinci ziddiyyət onun zorakılığıdır. Yəni mən aşiq olduğum zaman məşuqumun istəyini deyil, xeyirini qorumağa çalışıram. Elə buna görə də, xeyiri ilə istəyi arasında ziddiyyət görəndə, onun istəyini kənara qoyub, xeyirini seçirəm. Beləliklə, onun istəyinə etinasız yanaşmış oluram. İstəyə etinasız yanaşmaq isə zorakılıqdır.

Davamı...

İfadə azadlığı, yoxsa sübutlu ifadə azadlığı? (Etüd)

 

Məlum olduğu kimi, bu gün modern dünyada “ifadə azadlığı” adlı bir nəsnə var. Demokratiya tərəfdarı olan hər bir adam bu prinsipi qəbul edib, onun müdafiəsinə qalxır. Onlara görə, bu, hər bir insanın fundamental hüquqları sırasına daxildir. Hər bir müddəada olduğu kimi, bu prinsipin də əsaslandığı bir önfərziyyə var, ancaq bu, elə də əsaslı, məqbul bir önfərziyyə deyil. İfadə azadlığı prinsipinin söykəndiyi önfərziyyə ondan ibarətdir ki, hər bir adam ürəyi nə istəyirsə, onu da ifadə edə bilər.

Davamı...

İslamofobiya fenomeninin təhlili

     Müqəddimə

İslamofobiya termini son vaxtlar haqqında çox danışılan yeni terminlərdən biridir. Bu termin nisbətən, xüsusi olaraq İslamın Qərblə əlaqəsi kontekstində işlədilmişdir. Bu fenomen, tarixdə Qərblə İslam arasındakı aramsız əlaqə və münasibətlərin uzun-uzadı silsilələrindən qaynaqlanan dərin köklərə milikdir. Bu aramsız əlaqə və münasibətlərin nəticəsində Qərb tərzi-təfəkküründə “İslam qorxusu” təsbitləşərək, onların İslama ciddi bir təhlükə kimi baxmasına gətirib çıxardı.

Davamı...