Category : Məqalələr

Məhərrəmlik qeydləri

1

Siyasi ədəbiyyatlarda qeyd olunur ki, hər bir insanın bir qiyməti var, belə ki, birini pulla, o birini məqamla, üçüncünü maşınla, dördüncünü şəhvətlə, beşincini təhdidlə və s. bu kimi şeylərlə alırlar. Ancaq imam Hüseyn (ə) Kərbəladakı hərəkəti ilə göstərdi ki, bəzi adamlar heç bir qiymətə alınası deyildir.

Davamı...

“Eşq”in altı həlledilməz ziddiyyəti (Etüd)

1.Birinci ziddiyyət onun zorakılığıdır. Yəni mən aşiq olduğum zaman məşuqumun istəyini deyil, xeyirini qorumağa çalışıram. Elə buna görə də, xeyiri ilə istəyi arasında ziddiyyət görəndə, onun istəyini kənara qoyub, xeyirini seçirəm. Beləliklə, onun istəyinə etinasız yanaşmış oluram. İstəyə etinasız yanaşmaq isə zorakılıqdır.

Davamı...

İki cür şəriət: vəhy şəriəti və ağıl şəriəti

1. Şəriət nədir? Bu termini necə anlayaq? Qısa və konkret şəkildə ifadə etsək, deyə bilərik ki, şəriət- bilik və dəyərlər sistemi deməkdir. Həm bilik təqdim edir bizə, həm də dəyərlər. Bəs, bilik nədir? Bilik- olanlar və olmayanlardır. Yəni varlıq aləmində mövcud olan və olmayan faktlar deməkdir. Məsələn, Allah var, Axirət var, Mələk var, Allahın şəriki yoxdur, Allah zalım deyil və s. Dəyərə gəlincə, bu, olmalı olanlar və olmalı olmayanlardır. Yəni hüquqi və əxlaqi sistem deməkdir.

Davamı...

Allaha isnad edilməsində zorlandığımız anlayışlar

Quranda bir çox nəsnələr Allaha isnad edilir ki, insanlar onları anlamaqda zorlanırlar. Məsələn, Allah azdırır, Allah qəlbləri möhürləyir və s. Bu kimi anlayışları necə anlayaq, necə yozaq? Zənnimcə, üç qayda işığında onları doğru şəkildə anlaya bilərik.

Davamı...

Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.

Əfsus, bu gün din toplumda bütün yönləri, tərəfləri ilə deyil, əksinə, bəzi yönləri ilə təqdim olunur və ya yaşadılır. İnsanlara şüuri və ya qeyri-şüuri olaraq dinin yalnız iki hissədən ibarət olduğu aşılanır. Elə bil ki, din ancaq inanc və tarixi olaylardan ibarətdir. Bir sözlə, din insanlara elə təqdim olunur ki, sanki zehnimizdəki bir neçə xəbəri cümlə toplusunu təşkil edir.

Davamı...

İfadə azadlığı, yoxsa sübutlu ifadə azadlığı? (Etüd)

 

Məlum olduğu kimi, bu gün modern dünyada “ifadə azadlığı” adlı bir nəsnə var. Demokratiya tərəfdarı olan hər bir adam bu prinsipi qəbul edib, onun müdafiəsinə qalxır. Onlara görə, bu, hər bir insanın fundamental hüquqları sırasına daxildir. Hər bir müddəada olduğu kimi, bu prinsipin də əsaslandığı bir önfərziyyə var, ancaq bu, elə də əsaslı, məqbul bir önfərziyyə deyil. İfadə azadlığı prinsipinin söykəndiyi önfərziyyə ondan ibarətdir ki, hər bir adam ürəyi nə istəyirsə, onu da ifadə edə bilər.

Davamı...

Üç növ İslam

Bilinməsi önəmli olan bir mövzu barədə yazmaq istəyirəm. Elə bir mövzu ki, yalnış anlaşıldığı təqdirdə acı fəsadlarla sonuclana bilir. Bu gün İslamla bağlı bir çox problemlərin kökü məhz bu məsələyə gedib çıxır. İslama qarşı kiminsə bədbin olması, kiminsə bu dindən yayınması, kiminsə İslamı terrorda ittiham etməsi, kiminsə onu düzgün qavramaması və s. bu kimi problemlərı, zənnimcə, üç fərqli İslamı bir-birindən ayıra bilməməkdən irəli gəlir.

Davamı...

“Şeytan insanı azdırır” deyiminin düzgün təhlili

1.

Çoxları “Şeytan insanı azdırır” deyimini doğru anlamır, düzgün təhlil edə bilmir. Elə düşünürlər ki, şeytan kiminsə əlindən tutub onu günaha, pisliyə doğru çəkir, onu günah bataqlığına itələyir. Əslində isə, bunu belə anlamaq yalnış olardı. Nə üçün? Zənnimcə, ən azı, ona görə ki, mən faktiki olaraq öz iç dünyamın şahidi oluram ki, kimsə məni hansısa bir günahın, pisliyin içinə, özüm istəmədiyim təqdirdə, itələmir.

Davamı...

Modern ilahiyyat üzərinə bəzi qeydlər

1. Bugünkü dindar klassik ilahiyyata (theology) deyil, modern ilahiyyata ehtiyac duyur. Modern dünyanın nailiyyətləri ilə tanış olanları yalnız modern ilahiyyat qane edə bilər. Cünki modern dünyada yaşayanların, həyatın bir çox sahələrindəki önfərziyyələri, əsaslandırma (justification) modeli, yanaşma tərzi, baxış bucağı bundan öncəki dünyada yaşayanların önfərziyyələri, əsaslandırma modeli, yanaşma tərzi, baxış bucağ ilə tamamilə fərqlənir. Odur ki, yeni bir ilahiyyat formalaşdırmalıdır modern dünyada yaşayan dindarlar üçün.

Davamı...

Əxbarilərin ağıla münasibəti

 

İslam dünyasına nəzər saldıqda, ilahi hökmləri əldə etmədə ağıla münasibətdə üç fərqli yanaşmanın şahidi oluruq:

a) İfrat yanaşma;

b) Təfrit yanaşma;

c) Mötədil yanaşma.

Davamı...
1 2 3 4 5 6