Category : Teoloji

Üç növ İslam

Bilinməsi önəmli olan bir mövzu barədə yazmaq istəyirəm. Elə bir mövzu ki, yalnış anlaşıldığı təqdirdə acı fəsadlarla sonuclana bilir. Bu gün İslamla bağlı bir çox problemlərin kökü məhz bu məsələyə gedib çıxır. İslama qarşı kiminsə bədbin olması, kiminsə bu dindən yayınması, kiminsə İslamı terrorda ittiham etməsi, kiminsə onu düzgün qavramaması və s. bu kimi problemlərı, zənnimcə, üç fərqli İslamı bir-birindən ayıra bilməməkdən irəli gəlir.

Davamı...

Modern ilahiyyat üzərinə bəzi qeydlər

1. Bugünkü dindar klassik ilahiyyata (theology) deyil, modern ilahiyyata ehtiyac duyur. Modern dünyanın nailiyyətləri ilə tanış olanları yalnız modern ilahiyyat qane edə bilər. Cünki modern dünyada yaşayanların, həyatın bir çox sahələrindəki önfərziyyələri, əsaslandırma (justification) modeli, yanaşma tərzi, baxış bucağı bundan öncəki dünyada yaşayanların önfərziyyələri, əsaslandırma modeli, yanaşma tərzi, baxış bucağ ilə tamamilə fərqlənir. Odur ki, yeni bir ilahiyyat formalaşdırmalıdır modern dünyada yaşayan dindarlar üçün.

Davamı...

Məzhəbçiliyə son qoymaq mümkündürmü?!

 

1.

İslam tarixinə nəzər saldıqda, dindaxili məzhəbi bölgülərin şahidi ola bilərik. Bu gün də, bu kimi məzhbə bölgülər mövcuddur və hər birinin də öz ardıcılları vardır. Bu dindaxili bölgülər haradan qaynaqlanır? Diqqət etsək, görərik ki, bu kimi bölgülərin mənşəyi həmin məzhəbin hər birinin özünə məxsus inam şəbəkəsindən (Set of belief) qaynaqlanır. Yəni, hər bir məzhəbin özünə xas bir inam şəbəkəsi var ki, onu başqalarından ayırır.

Davamı...

Üç fərqli İslam modeli

1. İslam düşüncə tarixinə nəzər saldıqda, “İslam”ın bir neçə modeli ilə tanış oluruq. Bu modelləri aşağıdakı şəkildə formulə edə bilərik:

1- Quran+sünnə=İslam
2- Quran+sünnə+ağıl=İslam
3- Sünnə+sünnə=İslam
Birinci modeli mühafizəkarlar, ikinci modeli islahatçılar və üçüncü modeli isə əxbarilər müdafiə edirlər.

Davamı...

“TƏVƏSSÜL”- tövhidmərkəzli bir mədəniyyət kimi

1.

Bu qısa yazımda Qurani-Kərim nöqteyi-nəzərindən təvəssül mədəniyyətinə aydınlıq gətirməyə çalışacam. Quranda təvəssülün icazəli olmasına dair qeyd olunan möhkəm dəlillərdən biri Nisa surəsinin 64-cü ayəsidir. Adətim üzrə, həssas mövzulara aid olan ayələri qeyd edərkən onların hərfi tərcüməsinin verilməsini tərcih edirəm.

Davamı...

Şəfaət- Allahın dolayı iradəsinin təzahürü

1.

Bu yazımda belə bir müddəanı isbatlamağa çalışacam: “Şəfaət əslində Allahın dolayı iradəsinin təcəllisi, təzahürüdür”. Sübut kimi həm əqli təhlildən, həm də dini mətndən istifadə edəcək, ağıl və dini mətnin bu məsələdə bir-birini təsdiqlədiyini, eyni sözü dediyini göstərməyə çalışacam.

Davamı...
1 2