Category : Fəlsəfi

Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?

Düşünmək- zehnin doğru bilgiləri düzgün şəkildə ardı-ardına düzməklə nəticəyə doğru addımlaması deməkdir. Bu tərifdən dəlillə bağlı dörd maraqlı fakt əldə etmək olar:

1. Bir var, dəlilin “məzmun”u, bir də var, dəlilin “forma”sı. Dəlilin məzmunu onun öz daxilində ehtiva elədiyi bilgilərə, dəlilin forması isə həmin bilgilərin müəyyən bir tərzdə ardı-ardına düzülüşünə deyilir. Məsələn,

(1) Əjdər insandır.

(2) Hər bir insan ölümlüdür.

(3) Deməli, Əjdər ölümlüdür.

1-ci və 2-ci cümlələri dəlil kimi, 3-cü cümləni isə isbatlanması gərəkən müddəa kimi nəzərdən keçirsək, bu zaman 1-ci və 2-ci cümlələr bir bilgi kimi “dəlilin məzmunu”, həmin bilgilərin verildiyi kimi müəyyən bir şəkildə ardı-ardına düzülüşü isə “dəlilin forması” adlanır.

Davamı...

Fəlsəfənin mahiyyətini açıqlayan ən gözəl təmsil

Fəlsəfənin mahiyyətini, zənnimcə, açıqlayan ən gözəl təmsil “mütərcim-tərcümə-mətn” üçlüyüdür. Bu üçlükdə filosof “mütərcim”, fəlsəfə “tərcümə”, gerçəklik isə “mətn” kimi çıxış edir. Bu mənada, filosof “gerçəklik” adlı mətni oxuyaraq anladıqlarını fəlsəfi dilə tərcümə edir. Belə bir təmsilin məntiqi sonuclarını sadalamaq istəsək, aşağıdakıları qeyd etmək olar:

Davamı...

Zərurilik, mümkünlük və mümkünsüzlük

Hər hansı bir anlayışı, məfhumu öz-özlüyündə nəzərə alsaq, əqli baxımdan yalnız üç fərz təsəvvür oluna bilər:

  1. ya həmin anlayışın yoxluğu qeyri-mümkündür;
  2. ya həmin anlayışın varlığı qeyri-mümkündür;
  3. ya da həmin varlığın nə yoxluğu qeyri-mümkündür, nə də varlığı.
Davamı...

Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)

35. Fəlsəfə iki cürdür: xalis və qatışıq. Xalis fəlsəfə odur ki, ancaq nəzəri müstəvidə ilişib qalan və insan həyatına sızmayan quru anlayışlardan, nəzəriyyələrdən, fərziyyələrdən danışır, ancaq qatışıq fəlsəfə isə bunun əksinə olaraq birbaşa insan problemlərinə istiqamətlənən anlayışlardan, nəzəriyyərdən bəhs edir. Bu gün dünyada ən çox yayğın fəlsəfə növü qatışıq fəlsəfədir, yəni sintetik fəlsəfələr. Məsələn, əxlaq fəlsəfəsi, tibb fəlsəfəsi, fizika fəlsəfəsi və s. Məncə, bir fəlsəfənin uğuru onun xalis olmasında deyil, qatışıq olmasındadır. Bu əsasla, fəlsəfə nə qədər qatışıq olarsa, bir o qədər şirin, cazibəli, effektiv və faydalı olar insanlıq üçün.

Davamı...

Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)

1.Fəlsəfələmək üçün ateist olmaq üstünlük sayılmadığı kimi dindar olmaq da nöqsan hesab olunmur. Başqa sözlə, ateist birisinin qeyri-dini önfərziyyələrlə fəlsəfəyə girişməsi onun üçün üstünlük olmadığı kimi dindar birisinin də dini önfərziyyələrlə fəlsəfələməsi nöqsan deyil. Elm fəlsəfəsinin dili ilə desək, önəmli olan kəşf konteksti (context of discovery)” yox, “əsaslandırma konteksti (context of justification)”dir. Bu, o deməkdir ki, fəlsəfələmək üçün istifadə olunan önfərziyyələrin haradan əldə edildiyi bir o qədər önəmli deyil, əksinə, əsas olan odur ki, fəlsəfələdikdən sonra əldə etdiyin “fikri məhsul”un nə qədər əsaslandırılmış (justified) olmasıdır. Odur ki, fəlsəfələmək üçün nə ateist, nə də dindar olmağa gərək var. Buradan aydın olur ki, ateist adamın fəlsəfələməsini dindar adamın fəlsəfələməsindən daha obyektiv olduğunu hesab edənlər nə qədər yanlış mühakimə yürüdürlər. Bunun əksi də doğrudur.

Davamı...

Milli fəlsəfə üzərinə bəzi qeydlərim

1.Milli fəlsəfə- bir millətin ağıl səviyyəsinə uyğun olaraq formalaşan spesifik bir fəlsəfədir.

2.Milli fəlsəfə bir millətin sahib olduğu xalis dil bazası üzərində inşa edilməlidir. Yoxsa, formalaşan fəlsəfə vətəndaş hüququ qazana və milliləşə bilməyəcək. Odur ki, hər fəlsəfə istənilən millət içərisində özünə yer tapa bilmir.

3.Milli fəlsəfəmiz başqalarının deyil, “Azəri ağılı”n məhsulu olmalıdır. Azəri ağıl isə sənin və mənim daşıdığımız ağıldır, elə bir ağıl ki, bütün fikri düyünlərimizi məhz onun yardımı ilə açırıq.

Davamı...