Category : Facebook

Facebook qeydlərim (2-ci hissə)

1. Hər əsaslandırılan fikir doğru deyil. Bu qədər sadə!
2. “Riyazi əminlik” atmosferində tənəffüs eləmirik. Heç olmasa, bir az başqalarının düşüncələrinə qarşı plüralist və tolerant yanaşaq.
3. Fəlsəfədə iki nəsnə var ki, onlar barədə düşünəndə həmişə heyrətlənirəm. Biri mütləq yoxluqdur, o biri də mütləq yuxu. Bir anlıq təsəvvür edin, heç nə yoxdur, puçluqdan və yoxluqdan savayı heç nə yoxdur. Nə sən varsan, nə ətrafındakılar var, nə də başqa şeylər. Bir sözlə, heç nə yoxdur. İnsan bunu dərindən düşünəndə bir anlıq heyrətə düşür, az qalır, insan ağlını əldən versin. Sanki bir növ “dəlilik təcrübəsi” yaşayır insan o an. Mütləq yuxunun təsəvvürü də bu qəbildəndir. İnsan fərz edəndə ki, yuxudan başqa heç nə yoxdur və əslində oyaqlıq deyə bir nənsə mövcud deyil, bu zaman yenə insan “heyrət təcrübəsi”ni yaşayır. Odur ki, insan zehni nə qədər cəhd etsə də, heç bir zaman mütləq yoxluq və mütləq yuxu ilə barışa bilməyib, bilmir və bilməyəcək. Heç ağıllı adam dəliliklə barışa bilərmi?! Əsla…

Davamı...

Facebook qeydlərim (1-ci hissə)

1. Nağıllardakı div və pərilərin var olma iddiası ilə Allahın var olma iddiası arasındakı fərq ondan ibarətdir ki, Allahın var olmasına dair çoxsaylı elmi (induktiv) və fəlsəfi dəlillər var, amma div və pərilərin var olmasına dair bu qəbildən dəlillər yoxdur. Odur ki, “Div və pərilərin var olmadığını mənə isbatla!”- etirazını səsləndirən birisinə ilk olaraq “Sən nə zaman onların var olduğunu isbat edəcək arqumetlər göstərmisən ki, indi də, məndən onları inkar etdiyimə görə dəlil tələb edirsən?!”- deyə cavab vermək lazımdır. Bir sözlə, div və pərilərin var olduğunu iddia etməklə Allahın var olduğunu iddia etmək arasında yerlə göy qədər fərq var. Elə buna görə də, div və pəriləri inkar etmək üçün dəlilə gərək yoxdur, Allahın varlığını inkar etmək üçünsə dəlilə gərək vardır, çünki div və pərilərin əksinə olaraq Onun varlığını isbatlayan dəlillər var.

Davamı...