Category : Teoloji

Dinə dair müddəaları ayırd etmə zərurəti

Bəzən dindarlar aşağıdakı iki müddəanı bir-birindən ayırd edə bilmirlər:

(1) Dini mətnlərdə (Quran və mötəbər sünnə) nə varsa, hamısı “həqiqət”dir.
(2) “Həqiqət” adlı nə varsa, hamısı dini mətnlərdə vardır.

Davamı...

Hidayət ilahiyyatına dair bəzi qeydlərim

1. Hidayət ilahiyyatında “səmimiyyət” və “ciddiyyət” ən fundamental iki anlayış hesab olunur. Belə ki, insanın hidayət və ya sapması (zəlaləti) bilavasitə onun səmimi və ciddi olub-olmamasından irəli gəlir. Səmimiyyət insanın həqiqət axtarışındakı motivini, cidiyyət isə onun cəhdini əks etdirir. Demək, insan o zaman hidayətə çatır ki, həm həqiqəti məhz onu aşkarlamaq niyyəti ilə axtarır (=səmimiyyət), həm də həqiqətə aparan dəlilləri araşdırarkən səhlənkarlığa yol vermir, belə ki, var gücü ilə zehni tutumu qədər onları araşdırıb nəzərdən keçirir (=ciddiyyət). İnsanın sapmasına gəlincə, bu, o zaman baş verir ki, ya həqiqəti axtararkən onu üzə çıxarmaq niyyəti ilə hərəkət etmir, əksinə, qeyri-xalis niyyətlərlə bu işi görür (=qeyri-səmimilik), ya da həqiqəti əks etdirən dəlilləri araşdırarkən səhlənkarlığa yol verir (=qeyri-ciddilik). Bir sözlə, hidayət olan adam həqiqətin axtarışı ovunda həm səmimi, həm də ciddi olan birisidir, zəlalətə uğrayan adam isə ya səmimi olmayan, ya ciddi olmayan, ya da hər ikisindən məhrum olan birisidir.

Davamı...

Ümid ilahiyyatına dair bəzi qeydlərim

1. İman həm də ümiddir.

2. Baş verməsi mümkünsüz olan nəsnəyə ümid bağlamaq nə qədər absurddursa, baş verməsi 100% qəti olan nəsnəyə də ümid bağlamaq bir o qədər absurddur. Fəlsəfi dillə ifadə etsək, ümidin obyekti nə zəruri, nə də mümkünsüz olan nəsnədir, əksinə, mümkün olan nəsnədir.

Davamı...

Ağır və yüngül dinə dair qeydlərim (1-ci hissə)

1. Zənnimcə, bugünkü dindarlıq və dinşünaslığın ən ciddi problemi “ağır din” anlayışından qaynaqlanır. İnsanlar nəzəri müstəvidə dini anlamaqda çətinlik çəkirlərsə və ya onu həzm edə bilmirlərsə və yaxud əməli müstəvidə dini təlimlərə əməl edərkən çətinlik çəkirlərsə, bu, onu göstərir ki, ortada din adına nəsə artıq nəsnələr var. Məhz onlar insanın gerçək dinə varması qarşısında maneə hesab olunurlar. Bu əsasla, din yüngülləşməyənə qədər, öz artıq yüklərinindən azad olmayana qədər insanlar həm nəzəri, həm də əməli müstəvidə ciddi problemlər yaşayacaqlar. Mövcud problemdən çıxış yolu yalnız “yüngül din”ə qayıdışdır.

Davamı...

Tövhidə dair qeydlərim (1-ci hissə)

1. “Tövhid” modernizmin üç əsas təməl prinsipindən biri olan subyektivizmə qarşıdır. Tövhid bizi ontoloji baxımdan subyektmərkəzli olmaqdan çıxarır və bizə başa salır ki, subyekt obyekt ilə məna kəsb edir. Bu isə o deməkdir ki, subyekt öz varlığını obyektə söykənərək təmin edir. Odur ki, Kant öz əxlaq sistemində, Dekart da öz fəlsəfi sistemində məcbur qalıb “Allah”ın varlığını postulat (önqəbul) kimi qəbul edir. Çünki Kant görür ki, Allahı qəbul etməsə, əxlaq sistemi öz dəyərini əldə verərək çökəcək. Dekarsa görür ki, Allah adlı gerçəyi qəbul etməsə, subyektiv aləmdən çıxıb obyektiv aləmin qapısını açıb, içəri daxil ola bilməyəcək. Biri dəyərləri, digəri isə biliyi qüvvəyə mindirmək üçün tövhidə- Allaha sığınır. Bəli, belədir! Tövhid gerçəyindən qaçış mümkün deyil. Biz həm dəyər, həm də bilik sistemimizi tövhidə- Allaha borcluyuq. Allah olmasaydı, bəşəriyyət “subyektivizm”də ilişib qalacaqdı.

Davamı...

Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (2-ci hissə)

16. Kimsə kimsəyə “Din üzərində düşünüb qənaətini başqaları ilə paylaşa bilməzsən. Sənin buna haqqın çatmır.”- deyə etiraz edə bilməz. Belə bir hüququ ona nə Allah, nə ağıl, nə hüquq, nə də əxlaq verib. Bu əsasla, “din” hamımızınkıdır, kimsənin şəxsi mülkü deyil. Odur ki, nə bir dinə mənsub olanlar bir-birlərinə və ya o dinə məsub olmayanlara, nə də bir məzhəbə mənsub adamlar bir-birlərinə və ya o məzhəbə mənsub olmayanlara etiraz edə bilərlər. Din göndərilib ki, insanlar tək-tək müstəqil şəkildə heç bir fikri təlqin olmadan onun üzrində düşünə bilsinlər. Mənə görə, inanc dünyasında olan ən böyük zülm din barədə yaradılan “anlama monopoliyası”dır.

Davamı...

Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (1-ci hissə)

 

1.Bir çox insanlar dini anlamada ən primitiv qaydanı belə unudurlar. Qayda belədir:“Mən dini anlamaq istədikdə aşağıdakı üç anlayışı bir-birindən ayırmalıyam:

– Din;
– Dindar;
– Dinşünas.”
Din- “ilahi mesaj”ları əks etdirən həqiqətlər toplusudur. Dindar- dini mətnlərdə qeyd olunanlara inanıb onlar əsasında həyat sürən birisidir. Dinşünas isə- dini mətnləri (məsələn, İslam dinində Quran və sünnə kimi) tədqiq edib, onları adi dindarlar üçün aydınlaşdıran şəxsdir.

Davamı...