Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram

Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram

1. Əgər hər hansı bir şəhərdə əyləncə və istirahət məqsədi ilə bir neçə gün keçirmək qərarına gəlsək, bu zaman həmin şəhərin imkanlarından maksumum yararlana bilməyimiz üçün bir sıra məlumatlara, informasiyalara ehtiyac duyacağıq. Məsələn, bilməliyik ki, hansı yollarla oraya getmək olar, bu yollardan hər birinin nə kimi imtiyazı, üstünlüyü var, oranın suyu, havası necədir, nə kimi əyləncəli, görməli yerləri və arxeoloji qalıqları vardır və s. Hətta, öncədən səfər edəcəyimiz şəhəri seçməyimiz belə müəyyən məlumatlar əsasında həyata keçmişdir.

Bizim bu şəhərdə qala bilməyimiz üçün proqram hazırlamağımız onun imkanları barədə əldə etdiyimiz bilgilərdən asılıdır, belə ki, bilginin kəmiyyətcə artıb azalması ilə bizim proqramımız da dəyişəcəkdir.

2. Qeyd olunan bu sadə misaldan yaxşıca anlamq olar ki, hədəf seçib, sonra ona nail olmaq üçün proqram hazırlamağın tələbi bilgi və məlumata yiyələnməkdir. Belə ki, insan məhz özünü və ətrafındakı dünyanı tanımaqla nəzərdə tutduğu hədəfə nail olmaq üçün öz proqramını müəyyənləşdirib ona nail olma istiqamətində səy göstərir.

3. Deməli, iradə ilə həyata keçirdiyimiz bütün işlərdə həmişə üç element – “bilik”, “hədəf” və “proqram” mövcuddur. Zahirən, bu üç mərhələnin fərqində olmasaq da, həyata keçirdiyimiz bütün işlər barəsində sualları cavalandırarkən aydın olur ki, şüurumuzun dərinliklərində bu üç mərhələnin fərqində olmuşuq. Məsələn, soruşulur: Nə üçün səfərə çıxırsan? Bu suala verəcəyimiz cavab səfərə çıxmaqda “hədəf”imizi müəyyənləşdirir. Əgər “Nə üçün təyyarə əvəzinə, qatardan istifadə edirsən?”- deyə soruşulsa, cavabımız bu səfərdə nəzərdə tutduğumuz proqramın göstəricisi olacaqdır. Səsləndirilən suallara verdiyimiz hər bir cavab əslində bizim öncədən məsələlərlə bağlı bilik və məlumatlarımızı göstərir.

4. Yuxarıda qeyd olunan üç mərhələ təkcə gündəlik həyatımızla əlaqədar olan işlərlə bağlı deyil, həm də həyatda özümüz üçün seçdyimiz daha ümumi “hədəf” barədə də keçərlidir. Yəni, hər kəs varlıq aləmi barədə sahib olduğu bilik və məlumat əsasında həyatdakı öz hədəfini seçir və daha sonra, insanı bu ümumi hədəfə aparan yolları seçməyə başlayır.

Bu əsasla, hər bir fərdin varlıq aləmi və onun reallıqları, yəni Allah, təbiət, insan, cəmiyyət və axirət barədə əldə etdiyi bilik və məlumatlar “dünyagörüşü” adlanır. Həyat səhnəsində özü üçün seçdiyi yol və proqrama isə “ideologiya” deyilir. Onu da qeyd edim ki, “dünyagörüşü” və “ideologiya” terminləri müxtəlif mənalarda işlədilsə də, yuxarıda deyilən məna daha yayğın və dəqiqdir. “İdeologiya” xüsusi mənada dəyərlər sistemi (dəyər, vəzifə və öhdəçiliklər toplusu), ümumi mənada isə fikri məktəb deməkdir. Məsələn, “İslam ideologiyası” dedikdə, İslam məktəbi nəzərdə tutulur. Ancaq “ideologiya” elmi bir termin kimi yuxarıda deyilən xüsusi mənada işlədilir. Baxmayaraq ki, insanlar bunu gündəlik danışıqlarında ümumi mənada işlədirlər.

Oxşar yazılar
Bir nihilist düşüncəyə cavab
Ruhun cinsiyyəti varmı?
Kainatın sonsuzluğuna dair sadə bir dəlil
Dəlilmərkəzlilik, yoxsa mütəxəssismərkəzlilik?