Fəlsəfə bir ev kimi

Bütün elm sahələrini, o cümlədən, fəlsəfəni bir “ev” kimi təsəvvür etmək olar. Aydın olduğu kimi, ev tikmək üçün çoxsaylı şeylərə ehtiyac duyulur. Məsələn, bir evin möhkəm özülü, bünövrəsi, çertyoju, daşı, taxtası, sahəsi, torpağı, sementi və s. bu kimi şeyləri olmalıdır. Bu amillər əl-ələ verib bir evi şəkilləndirir. Bu kontekstdə bönövrə amili ən həyati rol oynayır. Yerdə qalanlar isə ikinci dərəcəlidir. Bu da o deməkdir ki, bünövrə sabit, əvəzolunmaz, qalanları isə dəyişkən, əvəzolunandır. Yəni, məsələn, adam daş əvəzinə kərpicdən, taxta əvəzinə dəmirdən və ya dəmir əvəzinə plastikdən istifadə edə bilər və s. Həmçinin evin çertyojunda da müxtəlif, rəngarəng formalardan, modellərdən yararlana bilər. Deməli, həm evin formasında, həm də – özül istisna olmaqla- məzmununda dəyişikik etmək olar. Odur ki, fərqli formalı və məzmunlu evlərin şahidi oluruq, belə ki, evlər həm formaca çertyojları fərqli olur, həm də məzmunca müxtəlif materiallardan istifadə edilir. Ancaq ortada təkcə bir şey- evin bünövrəsi dəyişməz olaraq qalır. Fəlsəfə də bu mənada evə bənzəyir. Belə ki, fəlsəfənin də bönüvrəsi, çertyoju, daşı, taxtası, sahəsi, torpağı, sementi olur. Evi “ev” olaraq saxlayan bönüvrə olduğu kimi, fəlsəfəni də “fəlsəfə” olaraq saxlayan onun bünövrəsidir. Bəli, kimsə fəlsəfənin daşında, taxtasında, sementində, sahəsində fərqli əvəzedicilərdən istifadə edə bilər, ancaq bünövrəsi barədə hamı eyni cür düşünür, düşünməlidir də, çünki bünövrənin olmaması əslində fəlsəfənin olmaması deməkdir. Necə ki, evin bünövrəsi olmasa, ev olaraq qurulub şəkillənə bilməz. Bu gün də, küçimşdə olduğu kimi, fərqli, çoxsaylı, rəngarən fəlsəfələrin şahidiyik. Bu fərqlilik hadisəsini ev hadisəsi kimi anlamaq olar. Əslində, bütün fəlsəfi cərəyanlarda, məktəblərdə, sistemlərdə, modellərdə onları ortaq məxrəcə gətirə biləcək bir özül, bünövrə var ki, onları “fəlsəfə” adı altında bir yerə toplaya bilir. Bəli, daşları, sementləri, taxtaları, sahələri fərqli ola bilər, ancaq hamısı vahid bünövrə üzərində qurulub. Biz isə məhz bu bünövrəni tapmalı, kəşf etməliyik.

Yuxarıda qeyd olunanlardan bir neçə nəticə əldə etmək olar:

  1. Fəlsəfənin forması ilə məzmununu bir-birindən ayırmalıyıq, yəni çertyoju ilə materiallarını.
  2. Fəlsəfənin özülünü, bünövrəsini axtarıb tapmalıyıq.
  3. Fəlsəfənin formasını məzmunu (bünövrəsi) əsasında anlamağa çalışmalıyıq.
  4. Heç bir zaman fəlsəfənin forma və ya formalarına aldanmamalıyıq.
  5. Hər hansı bir fəlsəfi sonucu, məhsulu araşdırmaq istəsək, mütləq, o fəlsəfənin istifadə etdiyi daşa, taxtaya, sementə və onun hansı torpaq sahəsində inşa edildiyinə baxmalıyıq.
  6. Fəlsəfələri araşdırarkən, onların hansı torpaq sahəsində şəkillənməsini həmişə diqqət mərkəzində saxlamalıyıq.
Oxşar yazılar
Yuxu, yəni qurtuluş
Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)
Ağılın iki fərqli funksiyası
Sübutun dəyəri özünə görədir.