Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)

Hər bir insan həm özünün həqiqət, gerçək olduğuna, həm özündən kənarda həqiqətin, gerçəyin olduğuna və həm də ona nail ola biləcəyinə inanır. Nəyi tələb edirsə, nəyə istiqamətlənirsə, bu, onun xəyal, illüziya olduğuna görə deyil, əksinə, onun reallıqda mövcud olduğuna görədir. Məsələn, adam ilandan qaçırsa, əslində, rerçəklikdə olan “həqiqi ilan”dan qaçır, nəinki gerçək olmayan- xəyal olan ilandan. İnsan bəzən gerçək olmayanı gerçək sanır və ya əksinə, yəni gerçək olanı xürafat, mövhumat hesab edir. Deməli, insan ilk olaraq varlığı araşdırmalı, onun universal qanunlarını tanımalıdır ki, gerçək olanla qeyri-gerçəyi bir-birindən ayıra bilsin. Fəlsəfə də məhz bu amaca, hədəfə xidmət edir.

İndi isə gəlin qısa olaraq fəlsəfənin tərifini, pdredmetini və hədəfini gözdən keçirək:

Tərif: Fəlsəfə varlığı varlıq olaraq araşdırıb onun universal, ümumi qanunlarını kəşf edən elm sahəsidir.

Predmet: Fəlsəfənin mövzusu mütləq varlıq, çılpaq varlıq, konkretləşməmiş varlıq, qəliblənməmiş varlıqdır.

Hədəf: Fəlsəfənin amacı varlıqları universal şəkildə tanıyıb həqiqi, gerçək varlıqları şərti, xəyali, məcazi varlıqlardan ayıra bilmək və nəhayət, varlığın ilk səbəbini, mənşəyini kəşf etməkdir.  06.02.2015

Oxşar yazılar
“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)
Eynimənalılığa sübut (6-cı dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)
Varlığın orijinallığı və mahiyyətin şərtiliyi (14-cü dərs)