Fərliliyin üçüncü sübutu (12-ci dərs)

Son iki dərsimizdə müddəamızın lehinə olan iki fərqli sübutu nəzərdən keçirdik. İndi isə axırıncı sübutumuzu- “Mahiyyətin bərabərliyi sübutu”nu açıqlamağa çalışacam. Bu sübutun iki fərqli izahı var, lakin mən burada onun ən sadə şəkili ilə kifayətlənəcəm. Gəlin, sözügedən sübutu aşağıdakı məntiqi tərzdə formulə edək:

  1. Əgər varlıq mənaca mahiyyətin özü və ya bir hissəsi olsaydı, onda “varlıq” təsəvvürü mahiyyətin təsəvvüründən ayrılmazdı, yəni nə zaman mahiyyəti təsəvvür etsəydik, dərhal ardınca varlığı da zehnimizdə təsəvvür olunardı. Necə ki, barobetri bir mahiyyət kimi təsəvvür edərkən, onun nə olması (“havanın təzyiqini ölçən cihaz”) zehnimizdə dərhal canlanır; həm özü, həm də özün hissələri (“hava”, “təzyiq”, “ölçən” və “cihaz”).
  2. Lakin bəzən hər hansı bir mahiyyəti təsəvvür edirik, zehnimizdə onu canlandırırıq, ancaq onun varlığından və ya yoxluğundan qəflət edirik, xəbərsiz oluruq. Hər birimiz gündəlik həyatımızda bu kimi zehni təcrübələrin şahidi oluruq. Hər gün yüzlərlə müxtəlif mahiyyəti zehin dünyamızda canlandırırıq, təsvir edirik, amma onların varlıq və ya yoxluq bilincində olmadan. Bu isə o deməkdir ki, mahiyyət varlığa və ya yoxluğa münasibətdə bərabər, eyni möve sərgiləyir, yəni heç bir boya qəbul etmədən- nə varlıq rəngi ilə, nə də yoxluq rəngi ilə boyanmadan, sadəcə olaraq öz xüsusi boyası ilə- mahiyyət boyası ilə zehin divarında təzahür edə və yenidən canlana bilir.
  3. Deməli, varlıq mahiyyətin nə özü, nə də tərkib hissəsidir, çünki əks təqdirdə, mahiyyəti zehnimizdə təsəvvür edərkən, heç bir zaman onun varlığından və ya yoxluğundan qəflət etməz, xəbərsiz olmazdıq.  13.03.2015
Oxşar yazılar
“Varlıq” anlayışı (4-cü dərs)
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)
Eynimənalılığa sübut (7-ci dərs)
“Varlıq” anlayışının eynimənalılığı (5-ci dərs)