Hansısa müddəanı təndiq edərkən nələrə fikir vermək lazımdır?

Hər hansı bir müddəanı tənqid edərkən aşağıdakı 10 sualı özümüzdən soruşmalıyıq:

1. Müddəa nə demək istəyir?

2. Müddəa qapalıdırmı?

3. Müddəanın lehinə nə kimi dəlil və ya dəlillər var?

4. İrəli sürülən dəlil və ya dəlillər müddəanı kifayət qədər isbat edə bilirmi?

5. Dəlil ilə müddəa arasında uyğunsuzluq varmı?

6. Müddəanın əsaslandığı önfərzlər nələrdir?

7. Müddəanın əsaslandığı önfərzlər nə qədər etibarlıdır?

8. Müddəanın ağlabatan bir alternativi varmı?

9. Müddəanı hansı durumda rədd etmək olar?

10. Müddəanın əleyhinə olan digər dəlillər nələrdir?

Qaynaq: “Düşüncə Rəngləri” kitabı, müəllif: Emin İmanlı