İnsan dinə nələrdə ehtiyac duyur?

İnsan yeddi nəsnədə “din”ə ehtiyac duyur və bunları ona obyektiv şəkildə təkcə din təmin edə bilər:

1. Həyata məna, anlam bəxş etmək; din insanın həyatına ümid, aramlıq və sevinc qatır.

2. İnsana transsedental olan (=Allah) barədə bilgi vermək; din insana Allahı tanıtdırır və onun “Haradan gəlmişəm?” və “Nə üçün gəlmişəm?”- suallarına cavab verir.

3. İnsanı Axirətlə tanış etmək; din insanın “Haraya gedirəm?”, “Ölümdən sonrakı həyat varmı?”, “Başqa aləm necədir?” və s. bu kimi suallarını cavablandırır.

4. Qeyb aləmi ilə tanışlıq; din insana aydınlıq gətirir ki, hisslərlə qavradığı bu fiziki kainatın ötəsində başqa bir aləm də var: metafizik aləm.

5. Əxlaqı sığortalamaq; yəni əxlaqi müddəalar ağıl vasitəsilə dərk oluna bilsə də, insan nəfsi əxlaqi işləri tərk etməkdə, onlara əməl etməməkdə aktivdir. Belə olan halda, din əxlaqın sığortaçısı kimi çıxış edir, belə ki, din insana “mükafat-cəza” anlayışlarını aşılamaqla onu əxlaqa əməl etməyə təşviq edir.

6. Ritualların təlimi; din insanın “Necə dindarlıq etməliyəm?”, “Allahla necə danışım?”, “Allaha olan sevgimi necə təzahür etdirim? və s. bu kimi suallarına aydınlıq gətirir.

7. Rituala bənzərlərin təlimi; din insana başa salır ki, nəyi yemək olar və niyə yemək olmaz, nəyi içmək və nəyi isə içməmək olar. Həmçinin ona intim münasibətlərini necə tənzimləməyini öyrədir, belə ki, kiminlə evlənmək olar və kiminləsə evlənmək olmaz. Bir sözlə, din insanı ictimai həyatın ümumi normaları ilə təlimatlandırır.

Oxşar yazılar
Nə üçün “şər” var?
Allah bilirsə, bu, insanın seçiminə müdaxilə etmək anlamına gəlmirmi?
Allah öz işlərində hansısa həfədləri təqib edirmi- bir sual və üç fərqli yanaşma