Nə üçün “Əxlaq fəlsəfəsi” oxumalıyıq?!

Ən azı, üç əsasa görə əxlaq fəlsəfəsi oxumalıyıq:
1. Əxlaq fəlsəfəsi həyatın fundamental problemləri barədəki düşüncəmizi dərinləşdirir. Bu, öz-özülüyündə, elmi faydalarını nəzərə almadan belə, qiymətlidir. İnsan həyatın dərin problemləri ilə üzləşməsə, heç bir zaman dərin təhsilli ola bilməz. 
2. Əxlaq fəlsəfəsi bizə yardım edir ki, əxlaqi məsələlər barədə daha yaxşı düşünə bilək. Əxlaqi mühakimələr yürütdüyümüz zaman bilək ki, hansı əxlaqi yanaşmadan çıxış etmişik və yaxud, hansı mürəkkəb yanaşmaları önfərziyyə kimi nəzərdə tutmuşuq. Bu yanaşmalar -istər yaxşı, istər pis olsun və istər müdafiə oluna bilən, istərsə də müdafiə oluna bilməyən olsun- bizə düşünmək və əməl etmək üçün yol göstərirlər. Əxlaq fəlsəfəsi bizim baxışlarımızı düzəldib, onları daha yoxlanılmış edə və əxlaqi mövzular barədəki düşüncə tərzimizi yüksəldə bilər.
Get-gedə böyüdüyümüzdə bizə deyirlər ki, filan iş yaxşıdır, filan iş isə pis və yaxud, nə etməli və ya nə etməməliyik. Bütün bunları bizə həm valideynlərimiz, həm müəllimlərimiz, həm dostlarımız, həm də toplum söyləyir. Sonda isə bu dəyərləri təsnifləşdirib inamlarımızı formalaşdırırıq. Ancaq bu əməliyyatı ən ağıllı və ən yaxşı şəkildə necə etmək olar? Bu suala cavab əxlaq fəlsəfəsinin əsas mövzusu hesab olunur.
3. Əxlaq fəlsəfəsinin oxunmasının hədəfi təfəkkürün ümumi proseslərini tədqiq etməkdir. Fəlsəfələdiyimiz zaman biz önəmli olan rasional bacarıqlar, məharətlər əldə etmiş oluruq. Öyrənirik ki, fundamental problemlər barədə necə incə düşünməli, ziddiyyətli görüşləri necə anlayıb dəyərləndirməli və düşüncələrimizi aydın, dəqiq şəkildə necə əsaslandırmalıyıq. Bu kimi bacarıqlar gerçək həyatda dəyərlidir. Fəlsəfə hər şeydən daha yaxşı onların inkişafına yardım göstərə bilər.