Həqiqət həqiqətə zidd ola bilməz!

1.

Demək olar ki, fəlsəfə tarixində ilk filosof Spinozadır ki, həqiqətin həqiqətə zidd ola bilməməsi fikrini önə çəkmişdir. O, özünün “Əxlaq” kitabında hər hansı bir inamın, biliyin, mühakimənin doğru olma meyarlarını şərh edərkən, iki meyarı bir-birindən ayırmışdır. Spinoza hesab edirdı ki, bir inamın doğruluğunu yoxlamaq üçün iki meyarımız var: daxili meyar və xarici meyar.

Davamı...

Quran – yeganə dini bilik qaynağı

     Giriş

Bu kiçik yazımda mühüm bir Quran mövzusunu qələmə almaq istəyirəm- Sünnənin gerçək mahiyyəti və onun Quranla əlaqəsi, başqa sözlə, Quranın yeganə dini bilik qaynağı olma gerçəyi… Burada belə bir iddia ilə çıxış etmək istəyirəm ki, Qurani-Kərim dini qneseoloji baxımdan yeganə dini bilik qaynağıdır və Sünnə də, bu bilik qaynağı fonunda başa düşülməli və dəyərləndirilməlidir.

Davamı...

Quranın dili

Giriş

Hər bir dil istifadəçisi (istər yazıçı, istərsə də natiq) öz məqsədlərini ifadə etmək üçün bir üslub seçir. Hər üslubda qarşı tərəfə hər hansı bir mesajı çatdırmaq üçün xüsusi bir şərh, izah və təqdimat olur. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

Davamı...

Dini biliklərin anlaşılmasında Quranın rolu

Bildiyimiz kimi, dini biliklərin əsas etibarilə iki qaynağı vardır: Quran və Sünnə. Eyni zamanda, o da məlumdur ki, bu iki qaynaq eyni dərəcəyə malik deyildir. Hədislərdə gələn təbir ilə desək, Quran “Böyük əmanət”, Sünnə isə “Kiçik əmanət”dir.

Davamı...

“TƏVƏSSÜL”- tövhidmərkəzli bir mədəniyyət kimi

1.

Bu qısa yazımda Qurani-Kərim nöqteyi-nəzərindən təvəssül mədəniyyətinə aydınlıq gətirməyə çalışacam. Quranda təvəssülün icazəli olmasına dair qeyd olunan möhkəm dəlillərdən biri Nisa surəsinin 64-cü ayəsidir. Adətim üzrə, həssas mövzulara aid olan ayələri qeyd edərkən onların hərfi tərcüməsinin verilməsini tərcih edirəm.

Davamı...

Şəfaət- Allahın dolayı iradəsinin təzahürü

1.

Bu yazımda belə bir müddəanı isbatlamağa çalışacam: “Şəfaət əslində Allahın dolayı iradəsinin təcəllisi, təzahürüdür”. Sübut kimi həm əqli təhlildən, həm də dini mətndən istifadə edəcək, ağıl və dini mətnin bu məsələdə bir-birini təsdiqlədiyini, eyni sözü dediyini göstərməyə çalışacam.

Davamı...

Quranın əxlaq sistemini necə anlayaq?!

1.

Bildiyimiz kimi, ümumi bir bölgündə Quran ayələri “Məkkə” və “Mədinə” ayələri olmaqla iki əsas hissəyə ayrılır. Məkkə ayələrinin əsas əlamətlərini, onların yığcam şəkildə verilməsi, olduqca düşündürücü məzmuna və spesifik melodiyaya sahib olması kimi sadalamaq olar.

Davamı...

Din- əxlaqın sığortaçısı

1.

Əxlaq fəlsəfəsində belə bir tezis mövcuddur ki, cəmiyyətdə insanların əxlaqi normalara əməl etməsi üçün, onlar öncədən müəyyən dini müddəaları təsdiqləməlidirlər.

Davamı...
1 10 11 12