Tag Archives: ağrı

Yuxu, yəni qurtuluş

Bəzən yuxunun nə qədər böyük, şirin və cazibədar bir nemət olduğunu düşünürəm. Yuxu gələndə, “mən” yoxam. “Mən” olanda isə, yuxu yoxdur. Ölümə oxşar bir nəsnədir yuxu. Elə problem də buradadır. Yuxu bizi oğurlayır. Yuxu zamanı hamımız bizi özü ilə aparan karvanın əsirləriyik.

Yuxu bizimlə nə edir?

Yuxu “mən”i özümdən alır. Özüm boşalıram. Yatarkən, “mən” yoxam. Varam, amma başqa bir formada; elə bir formada ki, hətta təcrübə toruma belə düşmür. Mən sadəcə onu xatırlayıram ki, haradasa bir yataq üzərində, bir yerdə və ya bir divan üzərində uzanmışam. Ancaq əsla xatırlamıram ki, yuxuya gedərkən nə kimi bir təcrübə və necə bir hal yaşamışam. Sanki heç vaxt da yuxuya getdiyin o anı xatırlaya bilmərəm, çünki hər şeydən əvvəl, yuxu məni özümdən alır.

Davamı...

Nə üçün “şər” var?

Fərz edin, ata öz 3 yaşlı uşağına vaksin vurdurur və uşaq da buna görə ağrı, acı çəkir. Ata uşağın ağrı çəkəcəyini bilə-bilə, yenə bundan vaz keçmir, çünki atanın bunu etməsi üçün əlində əxlaqi baxımdan əsaslı bir dəlil var. Hətta əgər bu dəlili ona söyləsə də, yenə o, məhdud idrak qüvvəsinə görə bunu dərk edə bilməyəcək. Eyni ssenarini Allahla insan arasında da fərz etmək mümkündür. Belə ki, Allah bu dünyanı elə yaradıb ki, insan orada müxtəlif ağrı və acılara məruz qalır.

Davamı...