Tag Archives: Fəlsəfə

Yuxu, yəni qurtuluş

Bəzən yuxunun nə qədər böyük, şirin və cazibədar bir nemət olduğunu düşünürəm. Yuxu gələndə, “mən” yoxam. “Mən” olanda isə, yuxu yoxdur. Ölümə oxşar bir nəsnədir yuxu. Elə problem də buradadır. Yuxu bizi oğurlayır. Yuxu zamanı hamımız bizi özü ilə aparan karvanın əsirləriyik.

Yuxu bizimlə nə edir?

Yuxu “mən”i özümdən alır. Özüm boşalıram. Yatarkən, “mən” yoxam. Varam, amma başqa bir formada; elə bir formada ki, hətta təcrübə toruma belə düşmür. Mən sadəcə onu xatırlayıram ki, haradasa bir yataq üzərində, bir yerdə və ya bir divan üzərində uzanmışam. Ancaq əsla xatırlamıram ki, yuxuya gedərkən nə kimi bir təcrübə və necə bir hal yaşamışam. Sanki heç vaxt da yuxuya getdiyin o anı xatırlaya bilmərəm, çünki hər şeydən əvvəl, yuxu məni özümdən alır.

Davamı...

Varlığa Toxunuş- Rauf İmranoğlu

Kitab barədə qısa məlumat: 

Bəşər düşüncəsi tarix boyu varlığa müxtəlif prizmalardan yanaşaraq fərqli nəticələr almışdır. Əksər hallarda varlığın özünə yox, onun hədləri olan mahiyyətlərə diqqət yetirilmişdir. Bu da varlığın, aləmin, həyatın düzgün dərk olunmasına mane olmuşdur. Görəsən, fərqində olmadığımız, amma həyati əhəmiyyət daşıyan – “Varlıq zəruridirmi?”, “Yoxluq varmı?”, “Varlıq yeganədir, yoxsa ikinci bir varlıq da var?”, “Obyektiv aləmdə varlıq, yoxsa mahiyyət həqiqidir?”, “Çoxluqda vəhdət özünü necə göstərir?” kimi suallara cavab tapa bilərikmi?
Kitabda bu suallara İbn Sina və Molla Sədranın fəlsəfi konsepsiyalarına əsaslanaraq cavab verilmiş, bundan başqa fəlsəfənin ən əsas anlayışları olan – mahiyyət, həqiqət, nur, varlığın vəhdəti haqqında da araşdırma aparılmışdır.
Oxuculara təqdim olunan varlıq haqqındakı bu fundamental bilgilər, ümid edirik ki, onların intəhasız, qeyri-məhdud bir həqiqət olan varlığa metafizik də olsa, toxunmasına səbəb olacaq.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Fitrət Anlayışı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

Fəlsəfi və sosioloji rakursdan insan və onun xüsusiyyətləri araşdırma obyekti olaraq bütün dövrlərdə ciddi önəm daşımışdır. Görəsən, insanda olan təbii xüsusiyyətlər zatidir, yoxsa sonradan qazanılır, modern dünyada çox işlədilən humanizm, insani dəyərlər fitrət anlayışı ilə eynidirmi, yoxsa bunlar fərqli mövzulardır? Mürtəza Mütəhhəri “Teizm seminarları” kitabında olduğu kimi, burada da seminar iştirakçılarının qeyd edilən mövzu ilə bağlı suallarını cavablayır, dinin qaynağı və insani meyillərlə bağlı O. Kont, Spenser, E. Durkhaymın və B. Rassel kimi qərb intellektuallarının fikirlərini qeyd edib onların görüşlərini incələyir. “Fitrət” anlayışı Mütəhhərinin öz dili ilə desək, İslam təlimlərinin “şah mövzu”su hesab olunur.

 

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Fəlsəfənin mahiyyətini açıqlayan ən gözəl təmsil

Fəlsəfənin mahiyyətini, zənnimcə, açıqlayan ən gözəl təmsil “mütərcim-tərcümə-mətn” üçlüyüdür. Bu üçlükdə filosof “mütərcim”, fəlsəfə “tərcümə”, gerçəklik isə “mətn” kimi çıxış edir. Bu mənada, filosof “gerçəklik” adlı mətni oxuyaraq anladıqlarını fəlsəfi dilə tərcümə edir. Belə bir təmsilin məntiqi sonuclarını sadalamaq istəsək, aşağıdakıları qeyd etmək olar:

Davamı...

Gizlilik İlahiyyatı- Dr. Arəş Nəraqi

Kitabça barədə qısa məlumat: 

Müəllif bu yazıda son illərdə din fəlsəfəsi sahəsində Tanrının yoxluğuna dair irəli sürülən ən yeni bir arqumenti – “Tanrının gizliliyi” arqumentini müzakirəyə çıxarır. O əvvəlcə bu arqumenti iki fərqli formatda tərəfsiz və obyektiv şəkildə şərh etməyə, daha sonra isə onları dəyərləndirməyə çalışır. Müəllif yazıda böyük bir fəlsəfi ustalıqla göstərir ki, Tanrının qeybə çəkilməsi heç də Onun var olmamasına dəlil deyil və qeyb təcrübəsi ilə Tanrının var olmaması inancı arasında heç bir məntiqi əlaqə yoxdur.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Özünütərbiyə Metodu (fəlsəfi təhlil)- Emin İmanlı

Kitabça barədə qısa məlumat: 

Siz bu nəşrdə heç bir əxlaq kitabında tapa bilmədiyiniz əxlaqi-fəlsəfi bir modellə tanış olacaqsınız. Bu model sayəsində siz əxlaqi dəyər və qaydaları hansı mexanizm çərçivəsində uğurlu şəkildə həyata keçirməli olduğunuzu öyrənəcək və bununla da özünütərbiyədə effektiv nəticəyə nail olacaqsınız. Müəllif bu modeli “TCQ” modeli adlandırır. Müəllifin fikirincə, insan üç mərhələdən- Təyinetmə, Canlandırma və Qərarqəbuletmə – keçməklə hər hansı bir əxlaqi qüsurdan uzaqlaşaraq asanlıqla əxlaqi keyfiyyətə yiyələnə biləcəkdir.

Müəllif: Emin İmanlı 

Davamı...

Haqq-Batil Savaşı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat:

Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından – elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Zərurilik, mümkünlük və mümkünsüzlük

Hər hansı bir anlayışı, məfhumu öz-özlüyündə nəzərə alsaq, əqli baxımdan yalnız üç fərz təsəvvür oluna bilər:

  1. ya həmin anlayışın yoxluğu qeyri-mümkündür;
  2. ya həmin anlayışın varlığı qeyri-mümkündür;
  3. ya da həmin varlığın nə yoxluğu qeyri-mümkündür, nə də varlığı.
Davamı...

İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması

1. İslam düşüncə tarixində “din” ilə “fəlsəfə” arasında heç bir ziddiyyətin olmadığı və nəticə etibarilə onlarin bir-birilə uzlaşdığı barədə yazılan kitablardan biri də görkəmli müsəlman filosof İbn Rüşdün qələmə aldığı “fəslul-Məqal” adlı məşhur kitabdır. İbn Rüşd bu kiçik həcmli kitabda göstərməyə çalışır ki, din ilə fəlsəfə arasında heç bir zidiyyət yoxdur. O, belə bir ziddiyyətin olmadığını “təvil (=yozum)” nəzəriyyəsi əsasında izah etməyə çalışır. Daha sonra, Qəzalinin Farabi və İbn Sina kimi filosofları üç dini müddəadakı görüşlərinə görə təkfir etməsi məsələsinə toxunaraq bu tarixi fitvanı dəyərləndirməyə çalışır və göstərir ki, Qəzalinin onları təkfir etməsi əsassız idi. Mən bu kiçik yazımda İbn Rüşdün təvil nəzəriyyəsini məntiqi baxımdan nə qədər əsaslı (justified) olub-olmadığını dəyərləndirmədən sadəcə olaraq onu izah etməyə çalışacam.

Davamı...

Facebook qeydlərim (2-ci hissə)

1. Hər əsaslandırılan fikir doğru deyil. Bu qədər sadə!
2. “Riyazi əminlik” atmosferində tənəffüs eləmirik. Heç olmasa, bir az başqalarının düşüncələrinə qarşı plüralist və tolerant yanaşaq.
3. Fəlsəfədə iki nəsnə var ki, onlar barədə düşünəndə həmişə heyrətlənirəm. Biri mütləq yoxluqdur, o biri də mütləq yuxu. Bir anlıq təsəvvür edin, heç nə yoxdur, puçluqdan və yoxluqdan savayı heç nə yoxdur. Nə sən varsan, nə ətrafındakılar var, nə də başqa şeylər. Bir sözlə, heç nə yoxdur. İnsan bunu dərindən düşünəndə bir anlıq heyrətə düşür, az qalır, insan ağlını əldən versin. Sanki bir növ “dəlilik təcrübəsi” yaşayır insan o an. Mütləq yuxunun təsəvvürü də bu qəbildəndir. İnsan fərz edəndə ki, yuxudan başqa heç nə yoxdur və əslində oyaqlıq deyə bir nənsə mövcud deyil, bu zaman yenə insan “heyrət təcrübəsi”ni yaşayır. Odur ki, insan zehni nə qədər cəhd etsə də, heç bir zaman mütləq yoxluq və mütləq yuxu ilə barışa bilməyib, bilmir və bilməyəcək. Heç ağıllı adam dəliliklə barışa bilərmi?! Əsla…

Davamı...
1 2 3