Tag Archives: Forma

Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?

Düşünmək- zehnin doğru bilgiləri düzgün şəkildə ardı-ardına düzməklə nəticəyə doğru addımlaması deməkdir. Bu tərifdən dəlillə bağlı dörd maraqlı fakt əldə etmək olar:

1. Bir var, dəlilin “məzmun”u, bir də var, dəlilin “forma”sı. Dəlilin məzmunu onun öz daxilində ehtiva elədiyi bilgilərə, dəlilin forması isə həmin bilgilərin müəyyən bir tərzdə ardı-ardına düzülüşünə deyilir. Məsələn,

(1) Əjdər insandır.

(2) Hər bir insan ölümlüdür.

(3) Deməli, Əjdər ölümlüdür.

1-ci və 2-ci cümlələri dəlil kimi, 3-cü cümləni isə isbatlanması gərəkən müddəa kimi nəzərdən keçirsək, bu zaman 1-ci və 2-ci cümlələr bir bilgi kimi “dəlilin məzmunu”, həmin bilgilərin verildiyi kimi müəyyən bir şəkildə ardı-ardına düzülüşü isə “dəlilin forması” adlanır.

Davamı...

Forma, yoxsa məzmun məntiqi?

Bir çoxlarımızın gündəlik həyatına hakim olan məntiq- forma məntiqidir. Bu məntiq sahibləri əsasən nəsnələrin, olayların təkcə şəkilinə, formasına önəm, əhəmiyyət verirlər. Bir nəsnənin və ya olayın şəkili bəyənildisə, demək, o doğrudur, düzgündür. Yox, əgər belə deyilsə, onda yalnışdır, yalandır və nəticədə qırağa atılmalıdır. Bu məntiq insan həyatının bütün sahələrinə aid ola bilir- fərdi həyatından tutmuş, ictimai həyatına qədər.

Davamı...