Tag Archives: İnsan

İnsan və Tale problemi- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsan və tale, qəzavü-qədər məsələsi digər fəlsəfi problemlərdən fərqli olaraq, insanın ictimai və şəxsi həyatı ilə çox sıx bağlıdır. Bir sıra qərb mütəfəkkirləri, eləcə də müsəlman düşüncə sahibləri arasında bu mövzuda orta yol tutulmamış, əksər hallarda fatalizmlə eyniləşdirilərək “məcburiyyət” kimi izah edilmişdir. Mürtəza Mütəhhəri bu yanaşmalardan fərqli olaraq möhkəm əqli dəlillərlə orta yolun mövcud olduğunu sübuta yetirməyə çalışır. Mütəhhəri bu mövzunu ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbləri” kontekstində ələ alır. Onun fikrincə, “tale” anlayışının “məcburiyyət”lə eyniləşdirilməyi tarix boyu inanclı insanların birbaşa həyatına təsir etmiş və onları hərəkətdən saxlamışdır.

“İnsan və tale problemi” Mürtəza Mütəhhərinin çıxış şəklində olmayan, qələmə aldığı azsaylı kitablarındandır. Bu səbəbdən də kitab mövzusunun sistemliliyi və fəlsəfiliyi cəhətindən müəllifin digər kitablarından fərqlənir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Din və Ateizm: İki fərqli insan obrazı- Dr. Heydər Hubbullah

Kitabça barədə qısa məlumat:

Bu nəşrdə iki müxtəlif dünyagörüşünə sahib insanın- dindar və ateistin sözlə portretləri çəkilir. Müəllifin fərqli başlıqlar altında verdiyi mövzularda bu iki insan tipinin həyata baxışlarındakı ən əsas məqamlardan söz açılır. Alimin fikrincə, ateist öz fikirlərini nə qədər düz və gerçək sayırsa, dindar bir insan da öz baxışına o qədər, bəlkə, ondan da çox yəqinliklə yanaşır. Bu məqamda dindar insanın dünyagörüşünün heç də geri qalmadığı, hətta daha ümidverici, nikbin bir dünyagörüşü olduğu aydınlaşır. Müəllifin məqsədi bu gerçəyi izah etməkdir ki, ateist birisi sahib olduğu inam şəbəkəsində özünü nə qədər ağıllı, məntiqli, rasional və realist sanırsa, dindar birisi də sahib olduğu inam şəbəkəsində özünü ən azı bir o qədər ağıllı, məntiqli, rasioanl və realist sayır. Birinci özünə bu haqqı tanıyırsa, ikinci də eynilə o haqqı özünə tanıyır.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Modern İnsan və Tanrı- Baqir Sədr

Kitab barədə qısa məlumat:

“Modern insan və Tanrı” kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır.Oxucu kitabı mütaliə etdikcə “elm” və “iman”ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Ətraf mühit əxlaqı

Ətraf mühit əxlaqı (Environmental ethics) hava və su çirkliliyi, ekosistemin korlanması, növlərin qırılıb aradan getməsi və torpaq eroziyası kimi çağdaş ətraf mühit böhranı nəticəsində meydana çıxmışdır. Ətraf mühit əxlaqının təməli ənənəvi əxlaqın təqdim etdiyi tarixi antroposentrizmə (insanmərkəzlilik) qarşıdır. Bu, həm də “növpərəstlik” və ya “insani şovinizm” adlanır. Ətraf mühit əxlaqı qeyri-insani canlı varlıqları və təbiəti istismar obyekti, habelə, onları öz-özlüyündə hədəf kimi deyil, insani hədəfələrə nail olmaq üçün vasitələr kimi nəzərdən keçirir. Bu əxlaq qeyd olunan bu varlıqlar və bir tam olaraq təbiət barəsində insani bir məsuliyyət müəyyənləşdirməyə çalışır. Ətraf mühit əxlaqı sadəcə olaraq tətbiqi əxlaqın (Applied ethics) bir sahəsi deyil, həm də, o, yeni və fərqli nəzəri bir çərçivə formalaşdırmaqla məşğuldur.

Davamı...

İnsan dinə nələrdə ehtiyac duyur?

İnsan yeddi nəsnədə “din”ə ehtiyac duyur və bunları ona obyektiv şəkildə təkcə din təmin edə bilər:

1. Həyata məna, anlam bəxş etmək; din insanın həyatına ümid, aramlıq və sevinc qatır.

2. İnsana transsedental olan (=Allah) barədə bilgi vermək; din insana Allahı tanıtdırır və onun “Haradan gəlmişəm?” və “Nə üçün gəlmişəm?”- suallarına cavab verir.

Davamı...

“Şeytan insanı azdırır” deyiminin düzgün təhlili

1.

Çoxları “Şeytan insanı azdırır” deyimini doğru anlamır, düzgün təhlil edə bilmir. Elə düşünürlər ki, şeytan kiminsə əlindən tutub onu günaha, pisliyə doğru çəkir, onu günah bataqlığına itələyir. Əslində isə, bunu belə anlamaq yalnış olardı. Nə üçün? Zənnimcə, ən azı, ona görə ki, mən faktiki olaraq öz iç dünyamın şahidi oluram ki, kimsə məni hansısa bir günahın, pisliyin içinə, özüm istəmədiyim təqdirdə, itələmir.

Davamı...

“Varlıq” anlayışının eynimənalılığı (5-ci dərs)

Bildiyimiz kimi, “varlıq” kəlməsini çoxsaylı əşyalar üçün istifadə edə bilirik. Məsələn, deyirik: Ağac var, yer var, insan var, sevgi var, Allah var və s. Burada insan zehnini qurcalayan fəlsəfi sual budur: “Varlıq” anlayışı hər bir cümlədə eyni anlamda işlədilir, yoxsa bir-birindən tamamilə fərqlənən anlamlarda?

Davamı...