Tag Archives: Məntiq

Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?

Düşünmək- zehnin doğru bilgiləri düzgün şəkildə ardı-ardına düzməklə nəticəyə doğru addımlaması deməkdir. Bu tərifdən dəlillə bağlı dörd maraqlı fakt əldə etmək olar:

1. Bir var, dəlilin “məzmun”u, bir də var, dəlilin “forma”sı. Dəlilin məzmunu onun öz daxilində ehtiva elədiyi bilgilərə, dəlilin forması isə həmin bilgilərin müəyyən bir tərzdə ardı-ardına düzülüşünə deyilir. Məsələn,

(1) Əjdər insandır.

(2) Hər bir insan ölümlüdür.

(3) Deməli, Əjdər ölümlüdür.

1-ci və 2-ci cümlələri dəlil kimi, 3-cü cümləni isə isbatlanması gərəkən müddəa kimi nəzərdən keçirsək, bu zaman 1-ci və 2-ci cümlələr bir bilgi kimi “dəlilin məzmunu”, həmin bilgilərin verildiyi kimi müəyyən bir şəkildə ardı-ardına düzülüşü isə “dəlilin forması” adlanır.

Davamı...

Quranı Anlama Məntiqi- Emin İmanlı və Xəyal Tofiqoğlu

Kitab barədə qısa məlumat: 

Müasir dünyada, Qurana yenidən qayıdış, Quranın yenidən düşünülməsi, bir sözlə, Quran oyanışı əhval-ruhiyyəsi hiss olunur. Bu tendensiyanın öz doğru məcrasından yayınmaması, onun düzgün bir şəkildə istiqamətləndirilməsi üçün adıçəkilən elm sahəsinə böyük ehtiyac duyulur. Müəlliflər bu sahədəki marağı nəzərə alıb, Quranı anlama məntiqinə dair müxtəlif bəhsləri bir araya toplayaraq təhlil ediblər. Quranı anlama məntiqi ilə bağlı doğma dilimizdə oxuculara təqdim edilən bu kitab birinci olmasa da, bu yöndə ilk kitablardandır. Quranı anlama məntiqi kitabı Quran elmləri ilə maraqlanan oxuculara, müəllim və tələbələrə elmi bir töhfədir.

Müəlliflər: Emin İmanlı və Xəyal Tofiqoğlu

Davamı...

Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)

35. Fəlsəfə iki cürdür: xalis və qatışıq. Xalis fəlsəfə odur ki, ancaq nəzəri müstəvidə ilişib qalan və insan həyatına sızmayan quru anlayışlardan, nəzəriyyələrdən, fərziyyələrdən danışır, ancaq qatışıq fəlsəfə isə bunun əksinə olaraq birbaşa insan problemlərinə istiqamətlənən anlayışlardan, nəzəriyyərdən bəhs edir. Bu gün dünyada ən çox yayğın fəlsəfə növü qatışıq fəlsəfədir, yəni sintetik fəlsəfələr. Məsələn, əxlaq fəlsəfəsi, tibb fəlsəfəsi, fizika fəlsəfəsi və s. Məncə, bir fəlsəfənin uğuru onun xalis olmasında deyil, qatışıq olmasındadır. Bu əsasla, fəlsəfə nə qədər qatışıq olarsa, bir o qədər şirin, cazibəli, effektiv və faydalı olar insanlıq üçün.

Davamı...

Forma, yoxsa məzmun məntiqi?

Bir çoxlarımızın gündəlik həyatına hakim olan məntiq- forma məntiqidir. Bu məntiq sahibləri əsasən nəsnələrin, olayların təkcə şəkilinə, formasına önəm, əhəmiyyət verirlər. Bir nəsnənin və ya olayın şəkili bəyənildisə, demək, o doğrudur, düzgündür. Yox, əgər belə deyilsə, onda yalnışdır, yalandır və nəticədə qırağa atılmalıdır. Bu məntiq insan həyatının bütün sahələrinə aid ola bilir- fərdi həyatından tutmuş, ictimai həyatına qədər.

Davamı...