Tag Archives: mütəhhəri

İnsan və Tale problemi- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsan və tale, qəzavü-qədər məsələsi digər fəlsəfi problemlərdən fərqli olaraq, insanın ictimai və şəxsi həyatı ilə çox sıx bağlıdır. Bir sıra qərb mütəfəkkirləri, eləcə də müsəlman düşüncə sahibləri arasında bu mövzuda orta yol tutulmamış, əksər hallarda fatalizmlə eyniləşdirilərək “məcburiyyət” kimi izah edilmişdir. Mürtəza Mütəhhəri bu yanaşmalardan fərqli olaraq möhkəm əqli dəlillərlə orta yolun mövcud olduğunu sübuta yetirməyə çalışır. Mütəhhəri bu mövzunu ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbləri” kontekstində ələ alır. Onun fikrincə, “tale” anlayışının “məcburiyyət”lə eyniləşdirilməyi tarix boyu inanclı insanların birbaşa həyatına təsir etmiş və onları hərəkətdən saxlamışdır.

“İnsan və tale problemi” Mürtəza Mütəhhərinin çıxış şəklində olmayan, qələmə aldığı azsaylı kitablarındandır. Bu səbəbdən də kitab mövzusunun sistemliliyi və fəlsəfiliyi cəhətindən müəllifin digər kitablarından fərqlənir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Fitrət Anlayışı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

Fəlsəfi və sosioloji rakursdan insan və onun xüsusiyyətləri araşdırma obyekti olaraq bütün dövrlərdə ciddi önəm daşımışdır. Görəsən, insanda olan təbii xüsusiyyətlər zatidir, yoxsa sonradan qazanılır, modern dünyada çox işlədilən humanizm, insani dəyərlər fitrət anlayışı ilə eynidirmi, yoxsa bunlar fərqli mövzulardır? Mürtəza Mütəhhəri “Teizm seminarları” kitabında olduğu kimi, burada da seminar iştirakçılarının qeyd edilən mövzu ilə bağlı suallarını cavablayır, dinin qaynağı və insani meyillərlə bağlı O. Kont, Spenser, E. Durkhaymın və B. Rassel kimi qərb intellektuallarının fikirlərini qeyd edib onların görüşlərini incələyir. “Fitrət” anlayışı Mütəhhərinin öz dili ilə desək, İslam təlimlərinin “şah mövzu”su hesab olunur.

 

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Materializmə Yönəlmənin Səbəbləri- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat: 

İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə “İlk səbəb” problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? “Nizam dəlili” ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun “nizam dəlili”nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı? Mürtəza Mütəhhəri bu önəmli araşdırmasında bu və digər mövzularla bağlıəsaslı təhlillər aparır, mövzularla əlaqəli Ogüst Kont, Rassel, Sartr, Hegel kimi qərb filosoflarının və bunun müqabilində İbn Sina, Molla Sədra kimi müsəlman filosofların baxışını qarşılaşdırır və bu obyektiv təhlillərə əsasən diqqətəlayiq nəticələr əldə edir.

Elmi Redaktor: Emin İmanlı 

Davamı...

Haqq-Batil Savaşı- Mürtəza Mütəhhəri

Kitab barədə qısa məlumat:

Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından – elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.

Elmi Redaktor: Emin İmanlı

Davamı...