Tag Archives: Tənqid

Hansısa müddəanı təndiq edərkən nələrə fikir vermək lazımdır?

Hər hansı bir müddəanı tənqid edərkən aşağıdakı 10 sualı özümüzdən soruşmalıyıq:

1. Müddəa nə demək istəyir?

2. Müddəa qapalıdırmı?

3. Müddəanın lehinə nə kimi dəlil və ya dəlillər var?

Davamı...

Tərcümə tənqidi ənənəsinə dair qeydlərim

1. Dostlar, zənnimcə, Azərbaycan ədəbiyyatında yeri boş olan gözəl ənənələrdən biri də “tərcümə tənqidi” ənənəsidir. Müxtəlif sahələrə dair Rus, İngilis, Alman, Fransız, Ərəb, Fars və s. dillərdən ana dilimizə tərcümə edilən kitabların tərcümə keyfiyyətinin doğruluq və yanlışlıq baxımından dəyərləndirilməsinə hava-su kimi ehtiyac var. Xoşbəxtlikdən, bir çox ölkələrdə bu ənənə aktivdir, həm tərcüməçilər, həm də nəşriyyatlar bu kimi addımları alqışlayaraq təqdirəlayiq hesab edirlər. Hətta bu sahəyə dair kitablar, jurnallar və fərdi məqalələr yayımlanır. Əslində, bu kimi tərcümə tənqidləri ilə tərcüməçilərə və nəşriyyata yardım edilmiş olur. Ancaq ölkəmizdə ciddi bir problem var bu ənənənin formalaşması qarşısında:

Davamı...

Cəmiyyətdə sağlam tənqidi necə formalaşdırmalı?

  1. Tənqid necə olmalı və xeyiri varmı?

– Əvvəla, qeyd edim ki, tənqid insani bir hadisədir. İnsan var olandan bəri, tənqid də olmuşdur. İnsanlıq tarixində elə bir toplum göstərmək olmaz ki, orada tənqid olmamış olsun. Odur ki, təndiq zəruri, qaçılmaz bir nəsnədir, ona görə ki, tənqid dəyərləndirmə, yanlışı doğrudan ayırd etmək deməkdir. Əfsuslar olsun, bir çoxları tənqidlə təhqiri bir-birindən ayıra bilmirlər. Bu mənada, tənqid həmişə müsbət məna yükünü özündə ehtiva edir.

Davamı...