Tag Archives: Varlıq

Varlığa Toxunuş- Rauf İmranoğlu

Kitab barədə qısa məlumat: 

Bəşər düşüncəsi tarix boyu varlığa müxtəlif prizmalardan yanaşaraq fərqli nəticələr almışdır. Əksər hallarda varlığın özünə yox, onun hədləri olan mahiyyətlərə diqqət yetirilmişdir. Bu da varlığın, aləmin, həyatın düzgün dərk olunmasına mane olmuşdur. Görəsən, fərqində olmadığımız, amma həyati əhəmiyyət daşıyan – “Varlıq zəruridirmi?”, “Yoxluq varmı?”, “Varlıq yeganədir, yoxsa ikinci bir varlıq da var?”, “Obyektiv aləmdə varlıq, yoxsa mahiyyət həqiqidir?”, “Çoxluqda vəhdət özünü necə göstərir?” kimi suallara cavab tapa bilərikmi?
Kitabda bu suallara İbn Sina və Molla Sədranın fəlsəfi konsepsiyalarına əsaslanaraq cavab verilmiş, bundan başqa fəlsəfənin ən əsas anlayışları olan – mahiyyət, həqiqət, nur, varlığın vəhdəti haqqında da araşdırma aparılmışdır.
Oxuculara təqdim olunan varlıq haqqındakı bu fundamental bilgilər, ümid edirik ki, onların intəhasız, qeyri-məhdud bir həqiqət olan varlığa metafizik də olsa, toxunmasına səbəb olacaq.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Kainatın sonsuzluğuna dair sadə bir dəlil

Kainatın sonsuzluğunu aşağıdakı sadə bir dəlillə isbatlamaq olar:

1. Əgər kainat sonlu olarsa, onda yoxluğun var olduğunu qəbul etməli olacağıq.
2. Yoxluğun var olması mümkünsüzdür, çünki ziddiyyətə gətirib çıxardır.
3. Deməli, kainat sonsuzdur.

Davamı...

İbn Ərəbiyə görə vəhdəti-vücud

İbn Ərəbi deyir ki, bir var, “mütləq varlıq”, hansı ki, heç bir şərt və qeyd qəbul etmir. Buna “zəruri varlıq (vacibul-vücud)” deyilir. Bir də var, “mütləq yoxluq”. Həm mütləq varlıq, həm də mütləq yoxluq- hər ikisi əzəlidir. Mütləq varlıq yoxluğu qəbul etmədiyi kimi, mütləq yoxluq da varlığı qəbul eləmir. Ancaq xalis varlıqla xalis yoxluq arasında “mümkünlük” adlı bir fasilə var ki, həm yoxluğu qəbul edə bilir, həm də varlığı. Deməli, “mümkünlük” varlıqla yoxluq arasında olan bir fasilədir ki, bu da “aləm” adlanır.

Davamı...

Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)

Bu dərsimizdə “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusunun düzgün fəlsəfi təsvirindən söz açacam. Aydındır ki, bir müddəanı doğru anlamaq üçün ilk öncə onu düzgün şəkildə təsvir etməliyik. Mən bir neçə dərsdə bu işi görməyə çalışacam ki, bu da beş aşamada, mərhələdə olacaq:

Davamı...

“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)

Gəlin, keçən dərsdə deyilənləri bir az da geniş və dəqiq şəkildə anladaq. Qeyd etdiyimiz kimi, “varlıq” və “mahiyyət”- iki fərqli anlayış, məfhumdur. Yəni, insan zəkası hər hansı bir şeyin “nə” olması ilə onun “var” olmasını bir-birindən fərqləndirə və mahiyyətini varlığından ayırıb onu təklikdə, müstəqil şəkildə qavraya bilir.

Davamı...

“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)

“Varlıq” ilə “mahiyyət” arasındakı fərq İslam fəlsəfəsində ən fundamental, mərkəzi təlimlərdən biri hesab olunur. Qətiyyətlə demək olar ki, bu fərq İslam metafizikasının sturukturunun altqrumunu təşkil edir. Fəlsəfə tarixində qeyd olunduğu kimi, “varlıq-mahiyyət” ikili bölgüsünü ilk dəfə olaraq müsəlman filosof Farabi irəli sürmüşdür.

Davamı...

Eynimənalılığa sübut (6-cı dərs)

Keçən dərsdə qeyd etdik ki, varlıq anlayışı nəyin barədə işlədilməsindən asılı olmayaraq, mənaca eyni həqiqəti bizə aşılamağa çalışır. Bu yanaşmaya əks olaraq bəzi filosoflar hesab edir ki, varlıq anlayışı hansı mahiyyət barədə işlədilirsə, əslində o mahiyyətin mənasını ifadə edir.

Davamı...

“Varlıq” anlayışının eynimənalılığı (5-ci dərs)

Bildiyimiz kimi, “varlıq” kəlməsini çoxsaylı əşyalar üçün istifadə edə bilirik. Məsələn, deyirik: Ağac var, yer var, insan var, sevgi var, Allah var və s. Burada insan zehnini qurcalayan fəlsəfi sual budur: “Varlıq” anlayışı hər bir cümlədə eyni anlamda işlədilir, yoxsa bir-birindən tamamilə fərqlənən anlamlarda?

Davamı...