Tag Archives: yoxluq

Varlığa Toxunuş- Rauf İmranoğlu

Kitab barədə qısa məlumat: 

Bəşər düşüncəsi tarix boyu varlığa müxtəlif prizmalardan yanaşaraq fərqli nəticələr almışdır. Əksər hallarda varlığın özünə yox, onun hədləri olan mahiyyətlərə diqqət yetirilmişdir. Bu da varlığın, aləmin, həyatın düzgün dərk olunmasına mane olmuşdur. Görəsən, fərqində olmadığımız, amma həyati əhəmiyyət daşıyan – “Varlıq zəruridirmi?”, “Yoxluq varmı?”, “Varlıq yeganədir, yoxsa ikinci bir varlıq da var?”, “Obyektiv aləmdə varlıq, yoxsa mahiyyət həqiqidir?”, “Çoxluqda vəhdət özünü necə göstərir?” kimi suallara cavab tapa bilərikmi?
Kitabda bu suallara İbn Sina və Molla Sədranın fəlsəfi konsepsiyalarına əsaslanaraq cavab verilmiş, bundan başqa fəlsəfənin ən əsas anlayışları olan – mahiyyət, həqiqət, nur, varlığın vəhdəti haqqında da araşdırma aparılmışdır.
Oxuculara təqdim olunan varlıq haqqındakı bu fundamental bilgilər, ümid edirik ki, onların intəhasız, qeyri-məhdud bir həqiqət olan varlığa metafizik də olsa, toxunmasına səbəb olacaq.

Elmi Redaktor: Emin İmanlı

Davamı...

Kainatın sonsuzluğuna dair sadə bir dəlil

Kainatın sonsuzluğunu aşağıdakı sadə bir dəlillə isbatlamaq olar:

1. Əgər kainat sonlu olarsa, onda yoxluğun var olduğunu qəbul etməli olacağıq.
2. Yoxluğun var olması mümkünsüzdür, çünki ziddiyyətə gətirib çıxardır.
3. Deməli, kainat sonsuzdur.

Davamı...

İbn Ərəbiyə görə vəhdəti-vücud

İbn Ərəbi deyir ki, bir var, “mütləq varlıq”, hansı ki, heç bir şərt və qeyd qəbul etmir. Buna “zəruri varlıq (vacibul-vücud)” deyilir. Bir də var, “mütləq yoxluq”. Həm mütləq varlıq, həm də mütləq yoxluq- hər ikisi əzəlidir. Mütləq varlıq yoxluğu qəbul etmədiyi kimi, mütləq yoxluq da varlığı qəbul eləmir. Ancaq xalis varlıqla xalis yoxluq arasında “mümkünlük” adlı bir fasilə var ki, həm yoxluğu qəbul edə bilir, həm də varlığı. Deməli, “mümkünlük” varlıqla yoxluq arasında olan bir fasilədir ki, bu da “aləm” adlanır.

Davamı...