“Varlıq” anlayışı (4-cü dərs)

Hər bir şeydən öncə bilməliyik ki, “varlıq” anlayışı fəlsəfənin mərkəzi anlayışı olub, onun altqurumu hesab olunur. Fəlsəfədə tədqiq obyekti olan bütün problemlər məhz bu anlayış ətrafında dövr edir. Bu anlayış öz-özlüyündə aydın, aksiom olub, onu bizə aydınlaşdıran heç bir tərifə ehtyac duymur. Hamının zehnində varlıq aynlayışı barədə aydın bir təsvir, təsəvvür vardır. Hətta “varlıq anlayışının öz-özlüyündə aydın, aksiom olması” belə aksiomdur. İnsan “X vardır.” və “X yoxdur.”- cümlələrini dilə gətirdiyi zaman “var” və “yox” anlayışlarını tam aydınlığı ilə sezir, qavrayır, dərk edir. Kimsənin ona bunları izah etməsinə gərək duymur. Hətta abstrakt düşüncəyə malik olmayan uşaqların zehnində belə bu anlayışlar barəsində aydın, şəffaf bir təsvir vardır.

Yuxarıda qeyd etdiyimiz müddəamızı aşağıdakı dəlillə isbatlaya bilərik:

Məntiqdən bildiyimiz kimi, “tərif verən” “tərifi verilən”dən daha aydın olmalıdır ki, ona tərif verə bilsin. Aydındır ki, varlıq anlayışından daha aydın ikinci bir anlayış yoxdur ki, onu aydınlaşdıra bilsin. Bu dəlili aşağıdakı kimi formulə edə bilərik:

1) Varlıq anlayışından daha aydın ikinci bir anlayış yoxdur.

2) Özündən daha aydın anlayışı olmayanın tərifi də yoxdur.

3) Deməli, varlıq anlayışının tərifi yoxdur.

Nəticə: Varlıq anlayışının tərifi yoxdur, çünki o, aksiomdur, tərifə ehtiyac duymur və hamı onun nə olduğunu aydın, aşkar, şəffaf bir şəkildə dərk edə bilir. 11.02.2015

Oxşar yazılar
“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)
Eynimənalılığa sübut (7-ci dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)
Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)